Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Əcnəbilərə Gürcüstanda avtomobil qadağası

Əcnəbilərə Gürcüstanda avtomobil qadağası

Gürcüstanda hərbi avtomobil qəzaya uğrayıb: 6 əsgər xəsarət alıb (10 Fevral 2017 08:12)
Gürcüstanda hərbi maşın aşdı: 6 yaralı (10 Fevral 2017 07:19)

Tarix: 15 Dekabr 2015 21:47

Gürcüstanın Daxili İşlər Nazirliyi yol hərəkəti haqqında qanuna ciddi dəyişiklik etməyə hazırlaşır.

Milli.Az anspress-ə istinadən bildirir ki, yeni qaydalar 100 ballıq sistemin tətbiqilə bağlıdır. Nazirlik artıq qanun layihəsini ölkə parlamentinə təqdim edib.

Layihədə göstərilir ki, hər bir sürücünün hesabında 100 balı olacaq. Müxtəlif yol hərəkəti qaydalarını pozan sürücünün hesabından uyğun miqdarda bal çıxılacaq. Nəticədə il ərzində 100 balı tükənən avtonəqliyyat vasitəsi sahibinin sürücülük vəsiqəsi müsadirə ediləcək.

Sürücülük hüququndan məhrum edilən şəxs sürücülük vəsiqəsi almaq üçün isə yenidən imtahan verməli olacaq.

Bu qayda Gürcüstanda avtomobil idarə edən xarici ölkə vətəndaşlarına da şamil edilir. 

Xarici vətəndaşlar 100 cərimə balı alarlarsa, onlara Gürcüstan ərazisində avtomobil idarə etmək qadağan ediləcək.

Parlamentə təqdim edilən qanun layihəsinə yaxın günlərdə baxılacaq.
Milli.Az


Teqlər:  Əcnəbilərə Gürcüstanda avtomobil qadağası



RƏYLƏR


Top xəbərlər