Nobel mükafatı Atatürkə verildi

Nobel mükafatı Atatürkə verildi
21:51 15 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Kimya elmləri üzrə Nobel mükafatının sahibi türkiyəli alim Əziz Sancar öz mükafatını Atatürkün xatirə muzeyinə hədiyyə edib.

ANS PRESS-in məlumatına görə, bu gün Əziz Sancar Türkiyə ordusunun Baş Qərargah rəisi, general Hulusi Akarla görüşərək aldığı Nobel mükafatınının sertifikatını və medalı ona təqdim edib. Hələki, mükafatın rəmzləri Baş Qərargahda xüsusu guşədə saxalanacaq. Əziz Sancar Mustafa Kamalın anadan olduğu 19 may tarixində Atatürkün xatirə muzeyinə, yəni Anıtqəbirə gedərək mükafatı təqdim edəcəyini qeyd edib.



Baş Qərargah rəisi general Hulusi Akar prezident sarayında Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğan ilə görüşündən sonra qeyd edib ki, təqdim edilən sertifikatı və medalı qəbul edib.


Əziz Sancar deyib ki, verilən mükafat həm Atatürkün, həm də bütün Türkiyə Respublikasının mükafatıdır.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367357

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR