Nardaran məscidi ilə bağlı açıqlama

Nardaran məscidi ilə bağlı açıqlama
22:05 15 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Nardaran sakinlərinin məscidə buraxılmamaları ilə bağlı rəsmi açıqlama verilib.

Milli.Az anspress-ə istinadən ğildirir ki, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının verdiyi məlumata görə, heç kim Nardaran sakinlərinə məscidlərə getməyə qadağa qoymayıb. Sədr deyir ki, sadəcə bəzi qanunlar var ki, Nardaranda fəaliyyət göstərən məscidlər ona əməl etmir. Mübariz Qurbanlının sözlərinə əsasən, məscidlər aşağıdakı amillər olarsa, fəaliyyət göstərə bilər:

"Hər bir məscid qeydiyyatdan keçdikdən sonra fəaliyyət göstərə bilər. Amma Nardaranda heç bir məscid qeydiyyatdan keçməyib, orada yalnız bir məscid qeydiyyatdan keçib ki, onun da qeydiyyat müddəti bidiyinə görə, o da bağlanıb. Bundan sonra Qafqaz Müsəlmanları İdarəsi dinlə bağlı hər şeyə ciddi nəzarət edəcək. Tələblərə uyğun məscidlərdə icmalar qurulmalıdır və eyni zamanda rəsmi tərəfin təyin etdiyi axundlar, mollalar məsciddə moziyə oxuya, ayinlər deyə bilərlər.Əks halda, kim bu qaydanı pozarsa, ona qarşı cərimə və ya qanunla nəzərdə tutulmuş şəkildə cəza tətbiq olunacaq", - deyə sədr vurğuladı. 

Mübariz Qurbanlı onu da əlavə etdi ki, artıq bu məsələ ilə bağlı araşdırmalara başlanılıb. 

Bu ilin oktyabr ayında Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının tərkibində etika komissiyasını yaradılıb. Bu barədə Şeyxülislam Allahşükür Paşazadə keçirilən QMİ Qazılar Şurasının iclasında məlumat verib. 

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova etika komissiyasını yaranmasını şərh edərkən bildirib ki, o şəxslər ki, bu komissiyaya daxil olacaqlar, onlar bu məsələlərə nəzarət edib, məruzə edəcəklər. Onların məruzələri əsasında da, səhvə yol verən dindarların cəzalandırılması həyata keçiriləcək. Cəza isə müxtəlif ola bilər. Onlar ya işdən çıxarılacaq (dini ayinlərdən, xütbələrdən uzaqlaşdırılacaqlar), ya töhmət, ya da tənbeh olunacaqlar. Qurum rəsmisinin sözlərinə əsasən, məqsəd ondan ibarətdir ki, xütbələrdə və moizələrdə mənsəblərarası fərqlərə yol verilməsin.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR