Azərbaycan mədəniyyətinin nümunələri Vaşinqtonda sərgilənib

Azərbaycan mədəniyyətinin nümunələri Vaşinqtonda sərgilənib
22:08 15 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 15 dekabr, AZƏRTAC
ABŞ-da yerləşən Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzində (Ronald Reagan building and International Trade Center) “Winternational” adlı 4-cü İllik Səfirlik Sərgisi keçirilib.
Ticarət Mərkəzləri Assosiasiyası (Trade Center Management Associates) tərəfindən maliyyələşdirilən tədbirdə əsasən Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun yüksək vəzifəli nümayəndələri, ABŞ KİV-lərinin nümayəndələri, sadə vətəndaşlar, habelə Azərbaycan icmasının təmsilçiləri də daxil olmaqla, təxminən 2500-3000 nəfər iştirak edib.
Vaşınqtonda akkreditə olunmuş 35-dən çox səfirliyin nümayiş etdirdiyi rəngarəng mədəniyyət nümunələri və müxtəlif milli adət-ənənələrin təcəssümü olan əşyalar böyük maraq doğurub. Yarmarkanın ölkəmiz üçün ayrılmış stendinin tərtibatında Azərbaycanın qədim tarixi abidələrini, müasir infrastrukturunu və turizm potensialını özündə əks etdirən şəkillərdən istifadə olunub. Burada milli mətbəximizin nümunələri, xalçalar, suvenirlər, Azərbaycan haqqında buklet və kitablar nümayiş etdirilib. Qeyd etmək lazımdır kı, Azərbaycan stendi daha çox tamaşaçı toplayan stendlərdən biri olub.
Sərginin açılışında çıxış edən Ticarət Mərkəzləri Assosiasiyasının prezidenti Con P. Dryu (John P. Drew) tədbirin əsas məqsədinin Vaşinqton ictimaiyyətini dünya ölkələrinin mədəniyyət və adət-ənənələri barədə məlumatlandırmaq olduğunu bildirib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_medeniyyetinin_numuneleri_Vasinqtonda_sergilenib-911572

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR