Maşallah Əhmədovun həbsinin səbəbi: 196 minlik dələduzluq

Maşallah Əhmədovun həbsinin səbəbi:   196 minlik dələduzluq
22:12 15 Dekabr 2015
64 İdman
Ölkə mətbuatı
A- A+

Veteran futbolçu Maşallah Əhmədov Binəqədi polisi tərəfindən saxlanılıb. Ona qarşi cinayət məcəlləsinin etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə maddəsi ilə cinayət işi başlanıb. "Neftçi"nin keçmiş hücumçusu 196 min manatlıq dələduzluqda ittiham olunur.

Fanat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, onunla bağlı Binəqədi rayon Polis İdarəsinə iki şikayət daxil olub. Veteran futbolçu dələduzluqda şübhəli bilinir. 

Müəyyən edilib ki, Maşallah Əhmədov 2012-ci ildə Fəqan Cəfərovun Binəqədi rayonundakı daş emalı sexindən ümumilikdə 76 min 360 manat dəyərində müxtəlif çesidli üzlük və bəzək daşı götürüb. Veteran futbolçu bu daşları İmişli rayon İcra Hakimiyyətinin sifarişi ilə gördüyü işlər üçün həmin rayona aparıb. O, İmişli rayon İcra Hakimiyyətindən gördüyü işin müqabilində pulu alsa da, daşları götürdüyü şirkətin pulunu verməyib.

İstintaq zamanı o da müəyyən olunub ki, Maşallah Əhmədov Bakı şəhər sakini Yusif Əzizovdan isə onun oğlu Nizami Əzizovu neft şirkətində işə düzəltmək üçün dələduzluq yolu ilə 15 min manat alıb. Maşallah Əhmədov həmçinin Yusif Əzizovun İran İslam Respublikasından gətirdiyi 105 min manat dəyərində mərmər və qranit daşları Binəqədidə yerləşən sexdən icazəsiz götürərək satıb. Bunun müqabilində isə Yusif Əzizova pul verməyib.

Maşallah Əhmədovla bağlı polisə daxil olan ikinci şikayət də birinci şikayət əsasında başlanmış cinayət işinə əlavə edilib və hazırda istintaq tədbirləri davam etdirilir.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-maallah-hmdovun-hbsinin-sbbi-t46167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR