Paytaxtda "Nissan" dərəyə aşdı

Paytaxtda "Nissan" dərəyə aşdı
22:39 15 Dekabr 2015
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nizami  rayonunda qəza baş verib. APA-nın məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb. Qəza zamanı "Nissan" və "BMW" markalı iki avtomobil toqquşub. Zərbənin təsirindən "Nissan" yoldan çıxaraq dərəyə aşıb. Avtomobil yaxınlıqdakı evin hasarına çırpıldıqdan sonra dura bilib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

 

Qeyd edək ki, qəzadan sonra yolda tıxac yaranıb.

 

Hər iki avtomobil cərimə meydançasına aparılıb.

 

Faktla bağlı Dövlət Yol Polisinin Nizami rayon Şöbəsində araşdırma aparılır.

 





Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225337

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR