Kerri rus məktəblisi ilə söhbətdə çaşdı (VİDEO, FOTO)

Kerri rus məktəblisi ilə söhbətdə çaşdı (VİDEO, FOTO)
22:41 15 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada səfərdə olan ABŞ-ın dövlət katibi Con Kerri Moskvanın mərkəzi küçəsi “Arbat”da gəzərək ailəsi üçün bazarlıq edib.

ANS PRESS-in məlumatına görə, mağazadan çıxışda Amerika diplomatik idarəsinin başçısını moskvalılar və paytaxtın qonaqları qarşılayıb.

Con Kerri onu gözləyənlərlə həvəslə danışıb. Diplomata suallardan birini məktəbli uşağ verib. Məktəbli ingilis dilində dövlət katibindən Rusiya məktəblilərinə nə arzulamaq istədiyini soruşub. Ancaq Kerri sual anlamayıb və zarafata salmağa çalışıb. “Sənin ingilis danışığın mənim rusca danışığımdan çox yaxşıdır”, - deyə Kerri bildirib.



Kerrinin bazarlıq şəkillərini ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Uilyam Stivens “Twitter” hesabında paylaşılıb. Kerrini alış-veriş zamanı köməkçisi Viktoriya Nuland və ABŞ-ın Rusiyadakı səfiri Con Teft müşayiət edib. ABŞ-ın dövlət katibinin mərkəzi küçədə gəzintisi Moskva sakinlərinin diqqətini cəlb edib. Dövlət katibi Arbat küçəsindəki dükanlardan birindən hədiyyə alıb. O, hədiyyəyə 35 min rubl xərcləyib. Kerri uzun müddət hədiyyələrə baxıb və sonra nənələrdən ibarət matryoşkaya 8 min xərcləyib. O həm də hər biri 1700 rubl olan 3 ədəd parça kukla alıb. Onun aldığı ən bahalı hədiyyə isə iki kəhrəba qaşlı üzük olub. ABŞ dövlət katibi həmin üzüklərin hər birinə 10 min rubl verib.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367361

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR