Hamilələrin ortaq dərdi: qəbzlikdən necə qurtulmalı?

Hamilələrin ortaq dərdi: qəbzlikdən necə qurtulmalı?
22:42 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Sirr deyil ki, hamiləlik dövründə qəbzlik tez-tez yaşanan haldır. Qış aylarında hərəkət azaldığından bu şikayətlər daha çox artır. Qəbzliklə rastlaşmamaq üçün gündə ən azı 2 litrdən az olmayaraq su içmək lazımdır. 
Milli.Az lent.az-a istinadən qəbzliklə mübarizə aparmaq üçün hamilələrə daha bir neçə məsləhət təqdim edir.
 
Hər yemək zamanı bişmiş tərəvəz və salat yeyilməli, yemək aralarında meyvə, meyvə kompotları içə bilərsiniz. Qəbzliyə quru ərik, qaysı, əncir və armud da kömək edir.
 
Meyvə əzməsi yeyin
 
Meyvələrin suyunu içməkdənsə əzməsini də yemək bağırsaqlar üçün daha təsirlidir. Bununla yanaşı, sıxılmış qurupaxlalılar, tam taxıllı çörəklər, yulaf əzməsi də yeməyiniz məsləhətdir.
 
Hamiləlikdə qatıq və kefir də faydalıdır. Qatıq probiotikdir, yəni probiotiklərin istehsalını artırır. Kefir də probiotikdir, eyni zamanda özü də mikroorqanizmdir. Bu isə onun tərkibində bol miqdarda vitaminlər - K, B1 vitamini, pantotenik turşu, naisin, fol turşusu, B12 və biotinlə bərabər sintezinə səbəb olur. Kefir tərkibindəki probiotik bakteriyalar sayəsində bağırsaqda xəstəlik yaradan bakteriyaların yox olmasına şərait yaradır. Beləliklə də, bir çox xəstəliklərə qarşı qoruyucu təsiri var. Qatıq və kefir antioksidan xüsusiyyəti sayəsində infeksiyalara qarşı immunitetin artmasına da imkan yaradır. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/390458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR