Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Günəşli"dəki quyulardan biri söndürüldü

"Günəşli"dəki quyulardan biri söndürüldü

Date: 15 December 2015 22:47

"Günəşli" yatağındakı 10 saylı platformada baş verən yanğın bir quyuda tam söndürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, söndürülən neft quyusudur. Quyudan dənizə neft sızması təhlükəsinin də qarşısı tamamilə alınıb.

SOCAR-ın məlumatına görə, yanan 3 quyudan biri neft , digərləri isə qaz quyusudur.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Dekabrın 4-də baş verən qəza nəticəsində platformada olan 63 nəfərdən 1 nəfər həlak olub, 29 nəfər itkin düşüb.

İtkin düşənlərdən 6-nın meyiti tapılıb, 23 nəfərin axtarışı isə davam edir.

Qalan neftçilər xilas edilib.
Milli.Az


Tags:  Günəşlidəki quyulardan biri söndürüldü


RƏYLƏR


Top news