Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Los Ancelesdə partlayış təhlükəsi: 1000-dən çox məktəb bağlandı

Los Ancelesdə partlayış təhlükəsi: 1000-dən çox məktəb bağlandı

Date: 15 December 2015 22:54

Los Ancelesdə partlayış təhlükəsi ilə əlaqədar 1000-dən çox məktəb bağlanıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə,  bu barədə ABC telekanalı məlumat yayıb.  

 

Məlumata görə, bağlanılan təhsil müəssisələrində 640 minədək şagird təhsil alır. Polis əməkdaşları məktəblərin hamısında axtarış keçirmək niyyətindədirlər.   

 

“Reuters”in məlumatına görə, partlayış təhdidi Almaniyaya məxsus elektron ünvandan (e-mail Frankfurtda qeydə alınıb) gəlib.      

 

Partlayış təhdidi Regional Şuranın üzvünə ünvanlanıb, məlumatın mənbəyi artıq müəyyən edilib. 


Tags:  Los Ancelesdə partlayış təhlükəsi 1000-dən çox məktəb bağlandı

RƏYLƏR


Top news