​Rusiya sentyabrın 30-dan Suriyada 1200-dən çox neft daşıyan avtomobil məhv edib

​Rusiya sentyabrın 30-dan Suriyada 1200-dən çox neft daşıyan avtomobil məhv edib
22:57 15 Dekabr 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiya aviaqrupunun təyyarələri sentyabrın 30-da Suriyada hərbi əməliyyatlar başlanan vaxtdan xam neft və neft məhsulları daşıyan 1200-dən çox sisternli avtomobil məhv ediblər.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-leytenant Sergey Rudskoy məlumat verib.
"Rusiya aviasiyası zərbələr endirməyə başladığı vaxtdan 1200-dən çox belə sistern məhv edilib", — deyə Rudskoy bildirib.
Onun sözlərinə görə, təkcə son üç gün ərzində yaraqlıların 6 qanunsuz neft mədəni, həmçinin xam neft və onun emalı məhsullarını daşıyan 7 avtomobil karvanı məhv edilib.
"Son bir neçə həftə ərzində İŞİD və digər terror qruplaşmalarının mövqelərinə endirilən zərbələrin sayı çoxaldılıb. Rusiya aviasiyası Suriyada terrorçuların gəlir mənbələrinin partladılmasına böyük diqqət ayırmaqdadır", — deyə Rudskoy qeyd edib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/rusiya-sentyabrin-30-dan-suriyada-1200-den-cox-neft-dasiyan-avtomobil-mehv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR