Bakıda yük maşını evlərin üstünə aşdı (VİDEO)

Bakıda yük maşını evlərin üstünə aşdı (VİDEO)
23:01 15 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Biləcəri qəsəbəsində sement dolu yük maşını aşıb. Hadisə nəticəsində ərazidə yaşayan sakinlərə ziyan dəyib.

ANS TV-nin məlumatına görə, içərisi sementlə yüklənmiş "Shachman" markalı yük maşınının sürücüsü Biləcəri qəsəbəs Rəşid İsmayılov küçəsində idarəetməni itirib.

Küçənin meyilli və sərt dongəli hissəsində baş verən hadisə zamanı yük maşını yoldan çıxaraq aşıb. Yanüstə aşan nəqliyyat vasitəsi yol kənarındakı təmir sexinə və yaşayış evinə çırpılıb.

Aşan "Shachman" markalı yük maşınının kuza hissəsi divara sıxışdığından məhz sürücü də avtomobilin içində qalıb. Onun xilas edilməsi məqsədi ilə əraziyə xilasedicilər dəvət lunub. Vəziyyətin çətinliyini nəzərə alınaraq texniki vasitələrdən istifadə olunur.

Hadisə vaxtı təmir sexində olan avtomobilə və yük maşının zərbəsinə tüş gələn mənzilin divarına da ziyan dəyib.

“Yük maşının zərbəsindən avtopark dağılıb. Avtomobil içəridə qalıb, elektrik enerjisi kəsilib, soyuqda qalmışıq. Xoşbəxtlikdən qəza zaman xəsarət alan yoxdur”, – deyə zərərçəkən Telman Ələkbərov

Xilasedicilərinə kömək məqsədilə əraziyə qaldırıcı kran çağırılsa da, onun gücü yalnız maşının divardan azacıq da olsa, uzaqlaşdırmağa çatdı.

Təxminən iki saata yaxın davam edən xilasetmə tədbirlərinin sonunda, "Shachman"ın sürücüsü Kənan Süleymanlı sıxışıb qaldığı yerdən çıxarıldı.

Qəzadan yüngül sıyrıqlarla canını qurtaran sürücü hadisəyə səbəb kimi maşının əyləc sisteminin sıradan çıxmasını göstərdi.

Sürücü təcili tibbi yardımla xəstəxanaya aparılsa da, onun idarəetdiyi aşan yük maşını ərazidə qaldı.

Çünki tam yüklü olan maşının normal vəziyyətə gətirilməsi bir neçə saatlıq texniki işlərin görülməsinə ehtiyyac vardı.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367360

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR