Həm valideyn, həm də pedaqoq olun...

Həm valideyn, həm də pedaqoq olun...
23:22 15 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Çox vaxt valideynlərdən uşaqları ilə bağlı bu "şikayətləri" eşidirik: "Uşağımı başa düşməkdə çətinlik çəkirəm". "Hər hansı bir problem baş verəndə necə reaksiya verəcəyimi bilmirəm". "Uşağımın köməyə ehtiyacı olanda necə kömək edəcəyimi bilmirəm" və s. Hər şeydən əvvəl bu problemlərə cavab tapmaq üçün uşağınızı yaxşı tanımalı və hər hansı sözə və ya hərəkətə reaksiyalarının səbəbini bilməlisiniz. Bundan başqa, problemləri aradan qaldırmaq üçün müxtəlif tərbiyə metodlarından istifadə etməli, ya da uşaq tərbiyəsi və ya uşaq psixologiyası ilə bağlı müxtəlif kitablar oxumalısınız. İstər bu kitablardan, istər tərbiyə metodlarından və istərsə də, valideynlik təcrübələrindən istifadə edərək uşağınızın ilk pedaqoqu ola bilərsiniz. Təbii ki, biz bununla heç də bu işin mütəxəssisi olan pedaqoqlara ehtiyac olmadığını demək istəmirik. Əksinə, uşaqla bağlı hər hansı bir problemlə qarşılaşdıqda bir mütəxəssisdən (yəni bir pedaqoqdan, bir psixoloqdan və ya bir psixiatrdan) məsləhət almalısınız. Burada nəzərdə tutulan valideynin pedaqoqu əvəz etməsi yox, pedaqoq qədər həssaslıq göstərməsidir. Elə isə "valideyn-pedaqoq" necə olmalıdır? İlk növbədə, obyektiv olmalıdır. Çünki bəzi valideynlər uşaqlarının qeyri-adi zəkaya sahib olduqlarını düşünürlər. Bəziləri isə uşaqlarının "problemli" olduqlarına inanırlar. Nəticədə, valideynlər uşaqlarının bütün hərəkətlərinə bu prizmadan baxır və təbii olaraq, onlara obyektiv qiymət verməkdə çətinlik çəkirlər. Ona görə də valideyn uşağını müşahidə edərkən obyektiv olmalı və hər hərəkətə "öz yerində" qiymət verməyi bacarmalıdır. Digər tərəfdən, "valideyn-pedaqoq" uşağını hərtərəfli müşahidə etməlidir. Hətta bunun üçün müxtəlif məkanlar seçməlidir. Məsələn, evdə, parkda, yemək yeyərkən, yad bir adamla bir yerdə olanda və s. Digər tərəfdən, valideynin eyni hərəkəti müxtəlif məkanlarda müşahidə etməsi onun uşağa daha obyektiv yanaşması üçün də vacibdir. Həmçinin, "valideyn-pedaqoq" əvvəlcədən hökm verməməlidir. Çünki elə valideynlər var ki, "Uşağım dəcəldir" və ya "Uşağım mənə hörmət etmir" deyərək əvvəlcədən hökm verirlər. Beləliklə, həm özlərinin, həm də ətrafındakıların öz uşaqlarına qarşı qeyri-obyektiv mövqe tutmalarına səbəb olurlar. Digər tərəfdən, "valideyn-pedaqoq" mütəxəssislərlə də məsləhətləşməlidir. Bunun üçün də o, yaxşı müşahidəçi olmalıdır. Bu həm də valideynin uşağını daha yaxşı tanıması və ondakı "normadankənar" prosesləri daha tez görməsi üçün vacibdir. Belə olduqda, uşağınızın fizioloji problemləri olduqda bir mütəxəssisə müraciət etdiyiniz kimi, psixoloji problemləri olduqda da bir mütəxəssisə də müraciət edə bilərsiniz. Ancaq bütün bunlarla yanaşı uşaq qiymətləndirildiyini də hiss etməlidir. Yəni, valideynin hər bir sözü və ya hərəkəti uşaqda "Atam-anam mənə qiymət verir" hissini aşılamalıdır...

"Zaman Azərbaycan"

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sinan əcnəbi qızla nişanlandı? - FOTO

23 İyun 2017 19:42

Tbilisidə ''İki yad adam'' filminin təqdimat mərasimi keçirilib

23 İyun 2017 19:42

Makron: “Bu, şərəf məsələsidir”

23 İyun 2017 19:38

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi müsabiqələr keçirir

23 İyun 2017 19:37

Mətbuat Şurasının iclasında media qurumları ilə bağlı şikayətlərə baxılıb

23 İyun 2017 19:35

"Fenerbahçe" Robin Van Persinin taleyinə aydınlıq gətirdi

23 İyun 2017 19:32

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

23 İyun 2017 19:29

Çağlanın ərindən etiraf: "Evləndikdən sonra..."

23 İyun 2017 19:27

Ucarda 1 nəfər çayda batıb

23 İyun 2017 19:24

Azərbaycanın balıqçılıq müəssisəsi səhmdarlarına hesabat verəcək

23 İyun 2017 19:22

Yaponiya hökuməti terrorçulara qoşulan yaponu vətəndaşlıqdan çıxardı

23 İyun 2017 19:22

Heydər Əliyev Sarayında yeni layihə: "Məşhurlar və övladları"

23 İyun 2017 19:22

“Çelsi”nin stadionunda “Qarabağ” klubu haqqında filmin təqdimatı

23 İyun 2017 19:18

Çin millisi Almaniya çempionatında çıxış edəcək

23 İyun 2017 19:17

Üç qatil fil divarı qırıb qaçdı - VİDEO - FOTO

23 İyun 2017 19:17

Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi keçirilib -

23 İyun 2017 19:13

Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub

23 İyun 2017 19:12

Murad Dadaşovla Ranar Musayev barışdı - VİDEO

23 İyun 2017 19:12

"Qalatasaray"ın transferi açıqlandı: 8 milyon avro

23 İyun 2017 19:07

Dünyanın ən əsəbi xalqı açıqlandı

23 İyun 2017 19:05

Qusarda Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

23 İyun 2017 19:04

DİM: Bu gün 57 088 şagird buraxılış imtahanı verib

23 İyun 2017 19:02

“Standard Insurance”in iki rəhbər şəxsi işdən çıxıb

23 İyun 2017 19:02

Daha bir şəxs “Space”dən getdi

23 İyun 2017 18:58

Kamal Abdulla: "Məhəbbət iki tərəfli olmalıdır" - FOTO

23 İyun 2017 18:52

Bakıda yoxa çıxan 17 yaşlı qızdan XƏBƏR VAR

23 İyun 2017 18:52

"Bakı-Sumqayıt" qatarından istifadə edənlərin NƏZƏRİNƏ

23 İyun 2017 18:49

15 yaşlı Azərbaycan gözəlindən İNANILMAZ SÖZLƏR: “Təklif gəlsə, alt paltırında...” - FOTO

23 İyun 2017 18:48

Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkət cədvəli dəyişir

23 İyun 2017 18:47

Fransa səfirimiz dəyişdirildi

23 İyun 2017 18:44

Azərbaycanın Fransada yeni səfiri təyin edilib

23 İyun 2017 18:42

Sibel 11 ildən sonra Türkiyədə bunu yenə edəcək

23 İyun 2017 18:42

Putin "Türk axını"nı işə saldı

23 İyun 2017 18:42

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişir

23 İyun 2017 18:38

Bakı-Sumqayıt qatarlarının əvvəlki hərəkət cədvəli

23 İyun 2017 18:38

Azərbaycanın Fransadakı səfiri geri çağrılıb

23 İyun 2017 18:36

Çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat

23 İyun 2017 18:35

Dəniz nəqliyyatı işçilərinə medal və fəxri ad verildi

23 İyun 2017 18:33

Azərbaycanlı aktyorlar festivala yola düşür

23 İyun 2017 18:32

Dəniz nəqliyyatı işçilərinə medal və fəxri ad verilib - SİYAHI

23 İyun 2017 18:29

Prezident bu şəxsləri təltif etdi - SİYAHI

23 İyun 2017 18:28

Azərbaycanlı şagirdlər robot düzəltmə yarışına çıxdılar - FOTO

23 İyun 2017 18:27

Şirvanda çoxmənzilli binaların təmirinə 3 milyon manat ayrıldı

23 İyun 2017 18:27

Çempionlar Liqasında iştirak edəcək

23 İyun 2017 18:25

Qusarda eramızdan əvvəl I-II minilliklərə aid qəbiristanlıq tapıldı

23 İyun 2017 18:22

Bakı-Sumqayıt qatarlarının əvvəlki hərəkət cədvəli bərpa olunur

23 İyun 2017 18:22

Prezident İlham Əliyev

23 İyun 2017 18:20

İlham Əliyevdən Ramazan TƏBRİKİ

23 İyun 2017 18:19

"Şort geyinmək nədir, camaatın anası, bacısı var" - VİDEO

23 İyun 2017 18:17

"Barselona" braziliyalı futbolçu transfer etdi - RƏSMİ

23 İyun 2017 18:17