Türkiyə-Rusiya müharibəsi Xəzərə keçir

Türkiyə-Rusiya müharibəsi Xəzərə keçir
23:27 15 Dekabr 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya-Türkiyə gərginliyi fonunda Ankara Orta Asiyada hakim qüvvə olmaq üçün hərəkətə keçib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın kəşfiyyat-analitik mərkəzi "Stratfor" Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Türkmənistana səfərini belə şərh edib.

Mərkəz qeyd edir ki, bu yolda Bakı Ankara üçün vacib tranzitdir: "Rusiya qazından asılılığını azaltmaq yolunu tutan Türkiyə Azərbaycandan alacağı təbii qazla ehtiyacının müəyyən qismini qarşılayacaq. Hazırda inşa olunan TANAP kəməri bunu təmin edəcək. Azərbaycandan kəmərə vurulacaq 16 milyard kubmetr qazın 6 milyardı Türkiyənin, 10 milyardı isə Avropanın olacaq. Lakin lap əvvəldən Türkmənistan qazının da bu kəmərə vurulması planları var idi. Bunun üçün Xəzərin dibi ilə çəkiləcək Transxəzər kəmərinin layihələndirilməsi də aparılmaışdı. Lakin uzun müddətdir layihədə irəliləyiş yoxdur".

"Stratfor" bunu Aşqabadın Rusiyadan çəkinməsi ilə izah edir: "Çünki bu, birbaşa Avropanı Rusiya qazının asılılığından xilas etmək üçün nəzərdə tutulur. Hazırda rus qazından Türkiyə də qurtulmağı planlaşdırdığı bir vaxtda, Transxəzər layihəsi yenidən gündəmə gəlir. Ərdoğanın Aşqabad səfərinin əsas məqsədlərindən biri də məhz bu layihənin sürətləndirilməsi ilə bağlıdır".

Lakin mərkəz bunun Xəzər regionunda yeni gərginliyin yaranmasına səbəb ola biləcəyini istisna etmir.

"Türkmənistan üçün Avropa bazarına çıxış vacibdir. Çünki böyük enerji ehtiyatlarına malik olan bu ölkə daha sərfəli bazarlara çıxa bilmir. Aşqabad Transxəzər layihəsinə hazırdır. Lakin o, Rusiya faktorunu bir kənara qoyaraq hərəkət etmək istəmir. Xəzər yanı ölkələr arasında dəniz hövzəsinə kənar qüvvənin girməməsi haqda razılıq var. İndi belə bir layihənin reallaşması istiqamətində atılan hər xırda addıma belə Rusiya sərt reaksiya verəcək. Xüsusilə indiki məqamda bu ciddi təhlükələrə səbəb ola bilər. İndi tərəflərin ciddi qarşıdurmanın əsasını qoyduğu görünür", - deyə məqalədə bildirilir.

Mərkəz əlavə edir ki, bu təhlükələri nəzərə alan Türkmənistan Ərdoğanın səfərinə könülsüz yanaşırdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR