Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ağıllı telefonlar uşaqlarda boyun əyriliyinə səbəb olur

Ağıllı telefonlar uşaqlarda boyun əyriliyinə səbəb olur

Hər 10 adamdan biri... (19 Mart 2017 23:17)
Çərçivəsiz telefonlara bir yenisi daha əlavə olundu (14 Mart 2017 08:52)
​Gündə 3-4 saat televizor izləyənlər... (07 Mart 2017 10:45)

Tarix: 15 Dekabr 2015 23:33

Bakı. Trend:

Telefondan istifadə edərkən əyilən boyun bədən tarazlığını pozaraq müxtəlif narahatlığa və psixoloji problemlərə səbəb olur. Trend-in “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, bu qənaətə ABŞ-ın “Bodystance” sağlamlıq mərkəzinin qurucusu fizioterapevt Stiv Auqust gəlib.

Onun sözlərinə görə, mobil telefon və tabletdən istifadə edən uşaqlar başını 60 dərəcə əyir: “Bir insanın başı orta hesabla 5,5 kiloqramdır, ağıllı telefondan istifadə edərkən isə 27 kiloqramlıq ağırlıq boyuna təzyiq edir".

Fizioterapevt qeyd edib ki, əvvəllər yalnız yaşlılar boyun narahatlığından şikayət edirdisə, indi uşaqlar da bu problemdən əziyyət çəkirlər: “Qozbel və boynunu əyən uşaqlar böyüdükcə özlərinə inamlarını itirirlər”.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Ağıllı telefonlar uşaqlarda boyun əyriliyinə səbəb olur



RƏYLƏR


Top xəbərlər