Cuneyit Çakır Avropa çempionatında (FOTO)

Cuneyit Çakır Avropa çempionatında (FOTO)
23:41 15 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

2016-cı ildə keçiriləcək Avropa çempionatının oyunlarını idarə edəcək baş hakimlərin adları açıqlandı.

ANS PRESS-in məlumatına görə, Türkiyənin məşhur baş hakimi Cuneyt Çakır Avropa çempionatında hakimlik edəcək.

Cuneyt Çakır 2014-cü ildə keçirilən dünya çempionatında Bahaddin Duran və Tarık Ongün ilə qatılıb. UEFA-nın 6 hakimlik sistemində 5-ci Barış Şimşək və Hüseyin Göçek ilə qatılacağı güman edilir.


Bahattin Duran, Cuneyit Çakır və Tarık Ongun

Fransada keçirilən Avropa çempionatının oyunlarını idarə edəcək baş hakimlərin siyahısı:


Martin Atkinson

Martin Atkinson (İngiltərə)
Feliks Brych (Almaniya)
Cüneyt Çakir (Türkiyə)
Mark Klatenburq (İngiltərə)
Uilliam Collum (İsveçrə)
Jonas Eriksson (İsveç)
Ovidiu Hategan (Rumıniya)
Sergey Karasev (Rusiya
Viktor Kassai (Macarıstan)
Pavel Kralovec (Çexiya)
Björn Kuipers (Hollandiya)
Szymon Marciniak (Polşa)
Milorad Mazic (Serbia)
Svein Moen (Norveç)
Nicola Rizzoli (İtaliya)
Damir Skomina (Sloveniya)
Klement Turpin (Fransa)
Carlos Velasko Carballo (İspaniya)


Mark Klatenburq

12 dekabr Avropa Çempionatının püşkatma mərasimi keçirilib. Azərbaycanlı futbol sevərlərin azərkeşlik etdiyi Türkiyə mıllisi D qrupunda mübarizə aparacaq. Türklər bu qrupda İspaniya, Çexiya və Xorvatiya yığmaları ilə mübarizə aparacaq.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR