Aktiv, yoxsa hiperaktiv uşaq? – ONLARI TANIYIN

Aktiv, yoxsa hiperaktiv uşaq? – ONLARI TANIYIN
23:42 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Cinsiyyətini dəyişdirən 5 məşhur - SİZ DƏ TANIYIN (16 Aprel 2017 18:43)
Hiperaktiv uşaqların davranışı belə olur- ƏLAMƏTLƏR (29 Mart 2017 22:27)
Uşaqlarınızda diqqət dağınıqlığı varsa... (11 Mart 2017 19:42)

Uşaqlar dedikdə dəcəl, şıltaq hərəkətləri ilə daim diqqət çəkən, bir yerdə durmayan, səs-küylü, yüksək enerjili varlıqlar gəlir gözlərimiz önünə. Övladını daim gümrah, şən, enerjili və aktiv görmək hər valideynin arzusudur. Amma normadan artıq olan bütün nəsnələrin zərərli olduğu da danılmaz həqiqətdir. O səbəbdən ki, bəzi uşaqlarda rast gəlinən həddindən ziyadə aktivlik tibb aləmində diqqət əskikliyi - hiperaktivlik pozğunluğu kimi təsnif edilir. Təəssüf ki, məsələ ilə bağlı bilgisizlikdən əksər valideynlər uşaqlarının sağlamlığına zərərli olan qərarlar verirlər. Bəzən hiperaktivlik uşaq şıltaqlığı kimi dəyərləndirilir və qarşısının alınması üçün zamanında həkimə müraciət olunmur. Digər bir halda, nisbətən aktiv olan uşaqlara diqqət əskikliyi diaqnozu qoyulur və yanlış olaraq dərmanlarla müalicə aparılır.
 
Bəs əslində aktiv uşaqla hiperaktiv uşağı fərqləndirən xüsusiyyətlər hansılardır? 
Milli.Az lent.az-a istinadən bildirir ki, diqqət əskikliyi-hiperaktivlik pozğunluq məktəbəqədər və məktəb çağında olan uşaqlarda yaranan pozuntudur. Uşağın davranışlarını idarə etməsində və nəyəsə diqqət etməsində problem yaranır. Heç cür yerində dayanmayan, unutqan və sairə kimi xüsusiyyətlərlə xarakterizə edilən uşaqlardır. Diqqət əskikliyi - hiperaktivlik pozğunluq içində bir-birindən fərqlənən 2 pozuntunu saxlayır:
1.Diqqət əskikliyi
2.Hiperaktivlik 
 
Statistik məlumatlara əsasən, hər il dünyaya gələn uşaqların 70 faizi hiperaktiv doğulur. Araşdırmalar zamanı o da bəlli olub ki, problemli insanların da 50 faizi məhz hiperaktiv olanlardır. 
 
Uşaq nevropatoloqu Rima İbadova deyir ki, diqqət əskikliyi - hiperaktivlik pozğunluğu hazırda valideynləri ən çox narahat edən problemlərdən biridir: "Amma bəzi uşaqlarda həqiqətən bu problem olsa da, bəzilərində sadəcə hərəkətliliyin bir az yüksək formasıdır. Bir az çox oynayan, evi çox dağıdan uşağa hiperaktiv demək düzgün deyil. Çünki bu uşağın sadəcə enerjisi çoxdur və daim evdə olduğu üçün həmin enerjini sərf edə bilmir. Biz belə uşaqları bağçaya, idmana, müəyyən məşqlərə, dərnəklərə yönəldiririk ki, o enerjisini həmin yerlərdə daha rahat sərf etsin".
 
Həkimin sözlərinə görə, belə hallarda valideynlər uşağın başını qatmaq üçün bütün gün onu televizor, yaxud kömpüter qarşısında oturdurlar. Bu isə tamamilə yanlış haldır: " Bu, gələcəkdə uşaqlarda zəka problemlərinə gətirib çıxara bilər. Yaxşı olar ki, yuxarıda qeyd etdiyim kimi, uşaqları enerjilərini daha müsbət yöndə sərf edəcəyi məşğuliyyətlərə yönəltsinlər". 
 
R.İbadova bildirir ki, bu xəstəlik bir çox halda genetik olur. Ümumilikdə isə yaranma səbəbləri müxtəlifdir: "Məsələn, ananın hamiləlik dönəmində, doğum zamanı üzləşdiyi problemlər uşaqlarda hiperaktivlik və diqqət yayınıqlığına səbəb ola bilər. Hamiləlik dönəmində ananın alkoqol, kokain, siqaretdən istifadə etməsi, anemiya, qalxanabənzər vəzin funksiyasının pozulması, yod əskikliyi, doğum zamanı uşağın çəkisinin azlığı, travmaya məruz qalması bu xəstəliyin yaranmasına rəvac verər. Doğumdan sonrakı dönəmdə normal qidalanmayan uşaqlar, dəmir, yağ turşusu əskikliyi, uşağın özündə qalxanabənzər vəzin funksiyasının pozğunluğu, epilepsiya, beyin travması və sair problemi olan uşaqlarda diqqət əskikliyi sindromunun olma halı yüksəkdir".
 
Adıçəkilən sindromdan əziyyət çəkən uşaqlar müəyyən əlamətləri ilə digər uşaqlardan fərqlənirlər: "Onlar yerində oturmağa çətinlik çəkir, çox danışır, diqqətini bir şeyə yönəldə bilmirlər. Unutqan olurlar, tez-tez əşyalarını itirirlər. Sual verəndə, yaxud oyun zamanı öz sıralarını gözləməyi sevmirlər. Kimsə danışanda araya girirlər. Körpə dönəmlərində bu sindrom qidalanmada, yatmaqla bağlı, ayaqyoluna öyrətmə problemləri ilə özünü büruzə verir. Belə uşaqlarda çox yeyərək doymamaq, evdə olan qardaş-bacıya qısqanclıq, zarafat edəndə götürməmək və ağlamaq, nəyisə kiminsə inadına etmək, aqressivlik, yalan söyləmək kimi hallar da müşahidə olunur. Bu hallara rast gələn valideynlər mütləq həkimə müraciət etməlidirlər ki, problem zamanında aradan qaldırılsın".
 
Mütəxəssis valideynləri bu məsələdə diqqətli olmağa çağırdı: "Həqiqətən xəstə uşaqlarda bu, özünü üç əlamətlə göstərir - diqqət əskikliyi, hiperaktivlik və impulsivlik.  Bəzən olur ki, uşaqda mikroelement, sink, dəmir çatışmazlığı olarsa, həmin elementləri verməklə problemi aradan qaldırmaq olur. Bəzən isə həkim nəzarəti altında xüsusi kimyəvi dərmanlar təyin olunur. Burada ilk növbədə xəstəliyə səbəb olan amillər araşdırılır və həmin səbəb müalicə olunur. Sadəcə simptom kimi özünü göstərdiyi halda onun da müalicəsi üçün dərmanlar var. Bu simptom bəzi psixoloji testlərlə də dəyərləndirilir. Həmçinin uşaq mütləq nevropatoloq nəzarətindən keçməlidir ki, bunun patoloji diqqət əskikliyi, hiperaktivlik, yoxsa sadəcə uşağının enerjisinin çox olması müəyyənləşsin". 
 
Psixoloq Vəfa Rəşidova söyləyir ki, müəyyən psixoloji amillər hiperaktivliyi yaradan səbəblərdəndir: "Hiperaktivlik 18 yaşa qədər korreksiya oluna bilər. Zamanında müalicə olunmasa, ömür boyu problemə çevrilir. Çox vaxt valideynlər övladlarında olan diqqət əksikliyini sadəcə dəcəllik kimi başa düşürlər. Onları yanlış davranışları ilə əlaqədar danlayır, hirslənirlər. Həmin uşaqlarla bu cür davranmaq qəti şəkildə olmaz. Əksinə, onlarla daha mülayim davranmaq, zamanlarının boş keçməməsi üçün daim hansısa məşğuliyyət növünə yönləndirmək lazımdır. Hiperaktiv uşaqların su ilə, qum ilə oynamaları, üzmələri, şəkil çəkmələri çox faydalıdır. O cümlədən açıq havada keçirəcəkləri bütün zaman onların xeyrinədir".
  
V.Rəşidovanın sözlərinə görə, hiperaktiv uşaqlarda ünsiyyət problemi olmur, amma tezliklə həmin ünsiyyətdən sıxılırlar: "Bir növ onların həyatları alayarımçıq olur. Bir kitabı axıra qədər oxuyub qurtara bilmirlər. Hətta özləri verdikləri sualın cavabına axıra qədər dözüb qulaq asmağı bacarmırlar. Əgər müəyyən yaş dövrünə qədər müalicə olunmazlarsa, bu natamam davranışlar onları bir ömür boyu təqib edir. Müəyyən bir peşə sahibi ola bilmir, daim iş yerlərini dəyişirlər. Hətta onların sevgi münasibətləri, quracaqları ailə həyatı da uzun sürməyərək, natamamlıqla sonlanır". 

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Ən az və ən çox şagirdi olan rayonların adları açıqlandı

28 Aprel 2017 14:39

Ermənistan Moskvada küncə sıxışdırılıb: “Şərtdən imtina et” - Qapalı Qarabağ GÖRÜŞÜ

28 Aprel 2017 14:38

PSJ cəzalandırıldı

28 Aprel 2017 14:37

Kazan anonsu, Ali Baş Komandanın seçimi və Lələtəpədə dalğalanan bayraq - ŞƏRH

28 Aprel 2017 14:34

Prosineçki bukmekerdə 10 min uduzdu - FOTO

28 Aprel 2017 14:32

Proqnozlar Bürosu: Bazar günü Azərbaycanda hava şəraiti sabit olacaq

28 Aprel 2017 14:32

"AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur"

28 Aprel 2017 14:32

AŞPA sədrinin vəzifədən uzaqlaşdırılması ilə bağlı prosedur başlayıb

28 Aprel 2017 14:32

Bakıda "Range Rover" yanıdı

28 Aprel 2017 14:29

Anasını boğaraq öldürdü: Yuxuda "əmr" verilib - VİDEO

28 Aprel 2017 14:28

"Turan"ın ilk prezidenti: "Klublar nə vaxta qədər AFFA-nın hesabına yaşayacaq?"

28 Aprel 2017 14:27

VƏHŞİLİK: Ayaqsız doğulan və ürəyində dəlik olan 10 yaşlı oğlanı döydülər - FOTO

28 Aprel 2017 14:27

XİN Qarabağa gedən musiqiçiləri "qara siyahı" salacaq

28 Aprel 2017 14:24

Silvestr Stallonenin cazibədar qızları ulduz oldu - FOTOLAR

28 Aprel 2017 14:23

Türkiyə prezidenti: “Terror qruplaşmaları NATO üzvüdür?”

28 Aprel 2017 14:22

Ata: "Ətrafdakılar sənin açıq-saçıq geyinməyini istəyir. Amma xahiş edirəm..." - VİDEO

28 Aprel 2017 14:22

"Həzi Aslanov" metro stansiyasında eskalator yenidən istifadəyə verilib

28 Aprel 2017 14:22

3558 azərbaycanlı xaricdə təhsil alıb - Dövlət Proqramı ilə

28 Aprel 2017 14:19

ABŞ - Şimali Koreya hərbi gəmiləri üz-üzə dayanıb

28 Aprel 2017 14:19

Bakı-2017: "Xəzərdən başlayan səyahət" Qəbələyə yetişib

28 Aprel 2017 14:17

Rəisin otağından 11 əsir çıxdı - Gizli kamera tapıldı - VİDEO - FOTO

28 Aprel 2017 14:17

Azərbaycan Ali Hərbi Məktəbinin kursantları artilleriya qurğularından döyüş atışları icra ediblər

28 Aprel 2017 14:17

Dubaydan Qəbələyə aviareys açılır

28 Aprel 2017 14:17

Əcnəbi tələbələr bu üç universiteti daha çox seçir

28 Aprel 2017 14:14

Mövlud müsabiqəsinə Güney də qoşuldu

28 Aprel 2017 14:13

Ərdoğan: “Bunu etməsək yox olacağıq”

28 Aprel 2017 14:13

Oyun vaxtı pivə içən idmançılar diskvalifikasiya olundular

28 Aprel 2017 14:12

Fərqanə: "Mən buna “ustad şapalağı” deyərdim" - VİDEO

28 Aprel 2017 14:12

"MİDA"nın aktivləri 11 mln. manata yaxındır

28 Aprel 2017 14:12

Nigeriyada PARTLAYIŞ

28 Aprel 2017 14:10

"Sübut etsinlər, 10 milyonu ödəməyə hazıram", "sanki nazir olmuşam" - "Rabitə İŞİ"ndə İTTİHAMLAR

28 Aprel 2017 14:09

Dövlət Filarmoniyasının may ayı üçün tədbirlər planı açıqlanıb

28 Aprel 2017 14:07

Nigeriyada PARTLAYIŞ: hərbçilər həlak oldular

28 Aprel 2017 14:05

Velosiped sürürsünüz? Şlemi unutmayın - FOTO

28 Aprel 2017 14:05

Azərbaycanın "Eurovision" mahnısı ilə bağlı qalmaqal - Erməni müğənnidən iddia - FOTO

28 Aprel 2017 14:05

Qaraçı kassiri hipnoz edib 10 min rublu oğurladı - İNANILMAZ OĞURLUQ - VİDEO

28 Aprel 2017 14:03

Moskva görüşü öncəsi cəbhədə VƏZİYYƏT GƏRGİNLƏŞDİ: düşmən itki verdi

28 Aprel 2017 14:03

Güzəştli mənzillərin əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı müəyyənləşib

28 Aprel 2017 14:02

"Rabitə işi": "Üç təqsirləndirilən şəxs dəymiş ziyanı ödəyib"

28 Aprel 2017 14:02

İndoneziya sahibkarları Azərbaycana səfər edəcək

28 Aprel 2017 14:02

"Qalatasaray"-dan Azərbaycana qurşaqdan aşağı zərbə

28 Aprel 2017 14:02

Cem Yılmazın yeni sevgilisinin kim olduğu bilindi - FOTOLENT

28 Aprel 2017 13:59

May ayında hava necə olacaq?

28 Aprel 2017 13:59

İngilis alim Azərbaycanda Qızıl medal aldı - FOTO

28 Aprel 2017 13:58

Mövsümün son turu

28 Aprel 2017 13:57

Türkiyəli müğənni öldürüldü

28 Aprel 2017 13:54

"Azərbaycan tərəfi bu raketi cavabsız qoymayacaq"

28 Aprel 2017 13:53

Almaniya prokurorluğu İŞİD üzvü olmaqda şübhəli bilinən suriyalı qaçqını saxlayıb

28 Aprel 2017 13:52

Facebook-da yeni rekord - "Ataların ən dahisi" - VİDEO - FOTO

28 Aprel 2017 13:52

Rövnəq Abdullayev: "SOCAR neft-qaz əməliyyatlarını bütün seqmentlərdə inkişaf etdirir"

28 Aprel 2017 13:52