Nardaran yenidən qurulur - VİDEO

Nardaran yenidən qurulur - VİDEO
23:57 15 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

Nardaranda yol infrastruktur yenidən qurulur.

Milli.Az anspress-ə istinadən bildirir ki, Abşeron küçəsinin uzunluğu 2220 metr, orta hesabla eni 8 metrdir. Təmir-tikinti işləri çərçivəsində yolun genişləndirilərək 18 metrə çatdırılması nəzərdə tutulub. Hazırda bu məqsədlə söküntü işlər aparılır.

Söküntü aparılan hissələrdə yeni hasar tikilir, yol yatağı bərkidilir, kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara çıxarılır.

Layihəyə uyğun olaraq nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə Abşeron küçəsi hər biri 3,5 metr enində olmaqla 4 hərəkət zolağından ibarət olacaq.

Piyadaların da rahatlığı nəzərə alınacaq və hər iki istiqamət üzrə yolun kənarlarında səkilər tikiləcək. Təxminən 40 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.

Anoloji işlərin qəsəbənin Nəsrulla Əsgərov küçəsində də aparılması nəzərdə tutulub. Bu küçənin uzunluğu isə 780 metr, ortalama eni 6 metrdir.

Nəsrulla Əsgərov küçəsinin də genişləndirilərək 14 metrə çatdırılması planlaşdırılır.

Layihəyə uyğun olaraq küçə hər biri 3,0 metr enində olmaqla 4 hərəkət zolağından ibarət olacaq və yolun kənarlarında səkilər tikiləcək. 11 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR