Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

NATO Azərbaycanla əməkdaşlıq planını təsdiqlədi

NATO Azərbaycanla əməkdaşlıq planını təsdiqlədi

Date: 15 December 2015 23:57

NATO ilə Azərbaycan arasında fərdi əməkdaşlıq planı təstiq edilib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyam Lahyu deyib.

Onun sözlərinə görə, bu planın təsdiqlənməsi əməkdaşlığın növbəti mərhələsinə başlamağa imkan verir. "Əməkdaşlığımızın çərçivəsi dəyişməyib. Biz həm fərdi həm də missiyaların tərkibində təlimlər keçiririk".

"Azərbaycan NATO-nun Əfqanıstanda güclü tərəfdaşıdır. Azərbaycan Əfqanıstanın hərbçiləri və hökumət nümayəndələri üçün treninqlər keçirir. Azərbaycanın NATO ilə tərəfdaşlığı yalnız möhkəmlənəcək", - deyə Uilyam Lahyu bildirib.

Milli.Az


Tags:  NATO Azərbaycanla əməkdaşlıq planını təsdiqlədi


RƏYLƏR


Top news