Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da böyük terror təhlükəsi

ABŞ-da böyük terror təhlükəsi

Date: 16 December 2015 01:11

ABŞ-ın Los-Anceles şəhərində bütün dövlət məktəbləri terror təhlükəsi üzündən bağlanıb.

ANS PRESS-in məlumatına görə, ABŞ rəsmiləri 1000-dən çox məktəbin bağlanmasına səbəb kimi onlara göndərilən elektron məktubları göstəriblər. Almaniyanın Frankfurt şəhərindəki bir kompüterdən e-mail vasitəsilə göndərilən təhdiddən sonra bölgədəki məktəblərdə axtarış tədbirləri başladı.

Rəsimilərin bildirdiyinə görə, 640 min şagird hədəfə alınıb. E-mail göndərən şəxsin IP məlumatlarını araşdıran polis əməkdaşları qeyd edib ki, elektron məktubun Almaniyanın Frankfrut şəhərindən göndərildiyi təsdiqlənib.



Rəsmilərin bildirdiyinə görə, Los-Anceles polisi göndərilən elektron məktub barədə Federal Təhlükəsizlik Xidmətinə xəbər verib. Los-Anceles mətbuatı da məktəblərin bağlanmasına bomba xəbərinin səbəb olduğunu qeyd edib.



Los-Anceles bölgəsindəki məktəblərin müfəttişi Ramon Cortines qeyd edib ki, göndərilən elektron məktub "bir məktəbə şamil edilmir, bir neçə məktəbdə terrorun olacağı qeyd edilib, bombaların paketlərdə və ya məktəblilərin bel çantalarında ola biləcəyini iddia edir. Buna görə də məktəblərin bağlanmasını lazım olduğu qərar aldıq".

Bütün məktəblərin təhlükəsiliyi yoxlanana qədər məktəblərin bağlı olacağı barədə valideyinlərə məlumat verilib. Valideynlərdən uşaqlarını məktəbə gətirməmələri barədə xəbərdarlıq edilib.

Terror təhdidi uşaq bağçasından liseyə qədər 643 min şagirdi hədəfə götürüb. İki həftə öncə isəİŞİD-dən ilham alan evli bir cütlük Los-Ancelesin təxminən 100 kilometr şərqində yerləşən San-Bernardino şəhərində 14 adamı vuraraq öldürmüşdü.


Tags:  ABŞ-da böyük terror təhlükəsi


RƏYLƏR


Top news