Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyada atılan raket sakinlərə şok yaşatdı (VİDEO, FOTO)

Rusiyada atılan raket sakinlərə şok yaşatdı (VİDEO, FOTO)

Date: 16 December 2015 02:26

Rusiya Müdafiə Nazirliyinin Arxangelsk ərazisində yerləşən poliqonunda qanadlı raketin sınağı zamanı faciəli hal yaşanıb.

ANS PRESS-in məlumatına görə, raket verilmiş trayektoriyadan kənara çıxıb və Nenoks yaşayış məntəqəsinə düşüb.

Rusiya Müdafiə Nazirliyi hadisə nəticəsində hər hansı dağıntının və zərər çəkənlərin olmadığını bildirib.


Raketin düşdüyü bina

"Pravda Severa" yerli xəbər saytı raketin kərpicdən olan üçmərtəbəli yaşayış evinə düşdüyünü və binada yanğın olduğunu bildirib. Evdə olan sakinlər operativ halda təxliyyə edilmiş və yanğın tez söndürülüb. FHN alaovun söndürülməsində yanğın söndürənlərin iştirakını təsdiq etməyib. Güc strukturlarında olan mənbə raketin bir hissəsinin yaşayış evinə düşdüyünü və bu halda heç kimin zərər çəkmədiyini bildirib.



"Rusiya Müdafiə Nazirliyinin poliqonunda qanadlı raketlə sınaq atışları keçirilib. Ştatdankənar vəziyyət nəticəsində işə salmadan sonra raket verilmiş trayektoriyadan kənara çıxıb və Nenoks yaşayış məntəqəsinə yaxın düşüb”, - deyə Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib. İndi hadisə yerində Rusiya müdafiə sənayesinin nümayəndələrinin komissiyası işləyir. Onlar raketin düşməsinin səbəbini müəyyənləşdirirlər.



Bir müddət əvvəl Rusiya müdafiə naziri Serqey Şoyqu ölkə başçısı Vladimir Putinə Suriyada terrorçuluğa qarşı gedən əməliyyat barədə məlumat verib. Rus ordusunun rəhbəri ilk dəfə terror qruplaşmasının obyektlərinə sualtı qayıqlar vasitəsiylə raket zərbəsi olunduğunu qeyd edib.

Nazirin sözlərinə görə, İŞİD terror qruplaşmasına zərbələr Aralıq dənizində "Rostov-don" sualtı gəmisindən edilib.


"Rostov-don" sualtı gəmisi

"İlk dəfə olaraq Araılq dənizinin akvatoriyasından "Rostov-don" sualtı gəmisindən "Kalibr" qanadlı raketləri tətbiq etdik", - deyə Şoyqu bildirib. Görüşdə həmçinin noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələrlərinin vurduğu Rusiya hərbi təyyarəsinin “qara qutu”su Rusiya müdafiə naziri Serqey Şoyqu tərəfindən Vladimir Putinə təqdim edilib.


"Kalibr" qanadlı raketi

Xatırladaq ki, Rusiya ilk dəfə oktyabr ayında döyüşdə qanadlı raketlər tətbiq edib. Həm də ruslar bunu Xəzər dənizinin cənub-qərb hissəsindən həyata keçirib. Rusiya Xəzər dənizi akvatoriyasından Suriyadakı hədəflərə ən müasir qanadlı raketlərlə kütləvi zərbələr endirmişdi.



Rusiya donanması İŞİD terrorçu qruplaşmasının Suriyadakı mövqelərinə iki dəfə Xəzər dənizindən raket zərbələri endirib. Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib. Nazir prezidentə məruzəsində Xəzər dəniz donanmasından atılan bütün 18 raketin terrorçuların hədəflərinə düşdüyünü qeyd edib. Bunun nəticəsində İŞİD terrorçu qruplaşmasının xeyli sayda canlı qüvvəsi ilə yanaşı hərbi texnikası məhv edilib. Rusiya bundan əvvəl də Suriyadakı İŞİD mövqelərini Xəzər donanmasından bombardman etmişdi. Rusiya oktyabrın 7-də Suriya ərazisini Xəzər dənizindən bombaladığını açıqlamışdı. Müdafiə naziri Şoyqu elə həmin gün də bu barədə Putinə məruzə etmişdi.

Tags:  Rusiyada atılan raket sakinlərə şok yaşatdı VİDEO FOTO


RƏYLƏR


Top news