Azərbaycan ilk şəhid jurnalisti (VİDEO)

Azərbaycan ilk şəhid jurnalisti (VİDEO)
02:41 16 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

Salatın Əsgərovanın adı jurnalistika peşəsini seçən hər bir qələm sahibi, söz adamı üçün nəsə deyir. Azərbaycanın ilk şəhid jurnalisti, üstəgəl ilk qadın şəhid jurnailsti. Milli qəhrəman.

Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində doğulub.

1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonralar jurnalist kimi fəaliyyət göstərib və “Baku” ilə “Molodyoj Azerbaydjana” qəzetlərində işləyib.

1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulmuşdu. Nəticədə istedadlı jurnalist Salatın Əsgərova amansızcasına qətlə yetirilib.

Ailəli idi, bir oğlu var. Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilib.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu kənd Salatınkənd adlanır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367373

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR