Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​Rusiya Suriyaya 17 aviazərbə endirib, 150-dən çox silahlı məhv edilib

​Rusiya Suriyaya 17 aviazərbə endirib, 150-dən çox silahlı məhv edilib

Sinayda 11 silahlı məhv edilib, onlarla terrorçu və radikal dəstə üzvləri həbs edilib (06 Mart 2017 23:32)
"Əl-Qaidə" rəhbərlərindən biri Yəməndə məhv edilib (04 Mart 2017 08:52)
TSQ bir həftəyə 50 terrorçu məhv edib (04 Mart 2017 06:43)

Tarix: 16 Dekabr 2015 03:22

Bakı. 16 dekabr. REPORT.AZ/ Rusiya aviasiyası son sutka ərzində muxalifətə dəstək olaraq şimali Rəkkədə yaraqlıların 17 mövqeyinə zərbə endirib, 150-dən çox terrorçu məhv edilib.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-leytenant Sergey Rudskoy məlumat verib.
O bildirib ki, zərbələr, "Azad Suriya ordusu" qruplaşmasına daxil olan "Qənim" və "Demokratik qüvvələr" dəstələrinə dəstək olaraq endirilib.
"Rusiya aviasiyası obyektiv nəzarət məlumatlarına görə, 150-dən çox silahlı və 11 ədəd texnika məhv edib", - deyə Rudskoy qeyd edib.
Onun sözlərinə görə, 18 zərbə də, "Səhra şirləri" və "Qələmun" dəstələrinin maraqlarına dəstək olaraq Əl-Karatyen və Palmir ərazilərinə endirilib.

Teqlər:  Rusiya Suriyaya 17 aviazərbə endirib 150-dən çox silahlı məhv edilib



RƏYLƏR


Top xəbərlər