OPEC-dən neftlə bağlı dünyanı rahatladan açıqlama

OPEC-dən neftlə bağlı dünyanı rahatladan açıqlama
04:21 16 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) dünya bazarlarında neftin qiyməti ilə bağlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, OPEC-in rəhbəri Abdullah əl-Bədri Hindistanın neft və təbii qaz üzrə dövlət naziri Dharmendra Pradxanla görüşüb.

Onlar görüş zamanı neftin qiyməti ilə bağlı müzakirələr də aparıblar. Abdullah əl-Bədri bildirib ki, yaxın gələcəkdə neftin qiymətinin artacağı gözlənilir.

Onun sözlərinə görə, neftin qiyməti bir neçə ay ərzində arta bilər.

Qeyd edək ki, neftin qiyməti 11 ildə ən ucuz qiymətə satılıb. “Brent” markalı neftin bir barelinin qiyməti 36.40 dollara düşüb.

OPEC ayın əvvəllində keçirilən iclası zamanı hasilat tavanına sadiq qalmayacağını bəyan etmişdi. Açıqlamadan sonra hasilatın çoxalması neftin qiymətlərinə də təsir etməyə başlayıb. Artıq bir həftədir ki, qiymətlə azalan qrafik üzrə hərəkət edir.

Ekspertlər OPEC üzvlərinin ABŞ-a məxsus bahacıl istehlaçıları bazardan çıxarmaq məqsədi ilə belə bir siyasət təqib etdiyini bildiriblər.


Neftin 1 barelinin qiyməti

ABŞ-ın İrana qarşı sanksiyaları ləğv olunduqdan sonra İran da neft hasilatını artırmacağını bəyan edib.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti də "qırmızı xətti" keçib. “AzəriLayt”ın bareli 0,63 dollar ucuzlaşaraq 38,27 dollar təşkil edib. Azərbaycan üçün neftin qiymətində qırmızı xətt 40 dollar hesab edilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367376

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR