Britaniyalılar üçün tarixi hadisə

Britaniyalılar üçün tarixi hadisə
05:03 16 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


London, 16 dekabr, AZƏRTAC 
Avropa Kosmos Agentliyində ilk britaniyalı kosmonavt Tim Pik kosmosa səyahət edib.
Qazaxıstanın Boyknour kosmos bazasından Sovet istehsalı “Sayuz” roketi ilə səyahətə çıxan heyyətdə T.Pik ilə yanaşı, rusiyalı Yuri Malençenko və amerikalı Tim Kopra da olublar. Kosmonavtlar Beynəlxalq Kosmos Stansiyasına səyahət ediblər. Altı aylıq səyahət müddətində stansiyada elmi araşdırmalar aparılacaq.
Roket 9 dəqiqə sonra yerin cazibə qüvvəsindən kənarlaşıb.
Roketin havalanmasını canlı izləyən Britaniyanın Baş naziri Deyvid Kameron T.Pikə Britaniya xalqı adından uğurlar arzulayıb.
İlk Britaniya vətəndaşı 1991-ci ildə kosmosa səyahət edib.

Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Britaniyalilar_uchun_tarixi_hadise-911582

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR