Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xırdalanlı baldızını bıçaqladı

Xırdalanlı baldızını bıçaqladı

Date: 16 December 2015 07:12

Abşeron rayonunda qanlı hadisə baş verib. 

Milli.Az APA-ya istinadən bildirir ki, yeznə baldızını bıçaqlayıb. Hadisə Xırdalan şəhərində qeydə alınıb. Fikrət Əhmədov küçəsində yaşayan 55 yaşlı Aslan Hüseynov aralarında yaranan mübahisə zamanı baldızı Hicran Məhərrəmzadəni bıçaqlayıb. Yaralı təcili yardımla Respublika Klinik Xəstəxanasına çatdırılıb.
 
Həkimlər Hicran Məhərrəmzadədə 10 yaxın bıçaq xəsarəti aşkarlayıblar. Hadisə zamanı Aslan Hüseynov da xəsarət alıb. O, 1 saylı şəhər xəstəxanasına gətirilib. Bıçaq onun əlini kəsib. Aslan Hüseynov polislərə bildirib ki, baldızı onun evinə gələrək bıçaqla ona hücum edib. O da bıçağı baldızının əlindən alaraq ona vurub.
 
Faktla əlaqədar araşdırmalara başlanılıb. 
Milli.Az


Tags:  Xırdalanlı baldızını bıçaqladı


RƏYLƏR


Top news