Davudoğlu bir daha Rusiyaya çağırış etdi

Davudoğlu bir daha Rusiyaya çağırış etdi
07:26 16 Dekabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

“Türkiyə Rusiya ilə münasibətləri pisləşdirmək istəmir, ona görə ki, bu həm Qara Dəniz regionuna, həm də qonşu bölgələrə, hətta qlobal sülhə mənfi təsir göstərə bilər”

ANS PRESS-in məlumatına görə, belə bir bəyanat Bolqarıstana rəsmi səfər etmiş Türkiyə baş naziri Əhməd Davudoğludan gəlib. Davudoğlu bir daha vurğulayıb ki, Rusiyanın Su-24 bombardmançısının vurulması Türkiyənin öz hava məkanını qorumaq məcburiyyətindən irəli gəlib. Baş nazir habelə bildirib ki, Türkiyə bütün məsələləri Rusiya tərəfi ilə müzakirə etməyə hazırdır.

“Bu dəfə Sofiyada bir daha bildirmək istəyirəm ki, Rusiya və Türkiyə arasında yaşanan gərginlik, Türkiyənin öz hava məkanını qorumaq istəyinin nəticəsidir. Türkiyənin Rusiya ilə münasibətləri pisləşdirmək niyyəti yoxdur. Təəsüflər olsun ki, həmin hadisədən sonra verilən bəyanatlar dialoqa kömək olmadı və buradan demək istəyirəm ki, biz Rusiyayla bütün məsələləri müzakirə etməyə hazırıq. Biz elə ilk gündən NATO-ya həmçinin onun üzvü olan Bolqarıstana bu barədə məlumat vermişik”, deyə Əhməd davuoğlu bildirib.

Davudoğlu Türkiyə ilə Rusiya arasında dostluq və qonşuluq əlaqələrinin tezliklə normallaşacağına, bu əlaqələrin təkrar daha güclü şəkildə bərqərar olacağına, hər məsələni, arxadan ittiham etmədən, üz-üzə, qarşılıqlı ehtiram yolu ilə müzakirə edəcəklərinə ümidvar olduğunu bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367382

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR