Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya və ABŞ arasında "Suriya yaxınlaşması"

Rusiya və ABŞ arasında "Suriya yaxınlaşması"

Date: 16 December 2015 07:37

Moskva və Vaşinqton Suriyaya dair çətin məsələlər üzrə mövqelərini yaxınlaşdırıblar. 
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Con Kerri Mosvadakı görüşlərinin yekunlarına dair bəyanatında bildirib.
 
"Həqiqətən, biz bəzi məsələlər üzrə razılıq əldə etdik, həmçinin terror qruplaşmalarının  təsnifləşdirilməsinin çətinliyi barədə danışdıq. Mən razılığa gəldiyimiz mələlər barədə heç nə deyə bilmərəm. Çünki, Sergey Lavrov demişkən, bu diskussiyada bütün qrup iştirak etməlidir və məsələlərin həlli istiqamətində hər kəsin tövhəsi vacibdir. Lakin biz bu çətinliklərlə, onların həlli ilə bağlı mövqelərimizi yaxınlaşdırdıq. Biz razıyıq ki, İŞİD və "Əl Nusra" bu proseslərin çərçivəsindən kənardadır. Hamı bununla razıdır, bu yekdil fikirdir", deyə o qeyd edib.      
 
Rusiya XİN rəhbəri Sergey Lavrov isə Rusiya prezidentinin iştirakı ilə keçirilən danışıqların konkret və ətraflı olduğunu qeyd edib, əsas məsələnin Suriya probleminin həlli istiqamətində irəliləyişə nail olunduğunu bildirib.
 
Nazir həmçinin bildirib ki, dekabrın 18-də Nyu Yorkda XİN rəhbərləri səviyyəsində Suriya dəstək qrupunun görüşəcəyini bildirib. Lavrov danışıqların yekunlarına dair qətnamə layihəsinin BMT TŞ-in müzakirəsinə çıxarılmasına ümid etdiyini bildirib.
Milli.Az


Tags:  Rusiya ABŞ arasında Suriya yaxınlaşması


RƏYLƏR


Top news