Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Mahmudovçular”ın pulları necə qaytarılacaq?

"Mahmudovçular”ın pulları necə qaytarılacaq?

Date: 16 December 2015 08:05

Milli Təhlükəsizlik Nazirliyində davam edən iki aylıq "inqilab" nəhayət başa çatır. Ölkə başçısının 14 dekabrdakı fərmanı ilə MTN-in ləğv olunması və yerində iki strukturun yaradılması bəzi sualların cavabı oldu. Lakin cəmiyyəti maraqlandıran bir sıra məsələlər hələ də üstüörtülü qalıb.

Belə ki, "MTN işi" ilə bağlı vəzifələrindən uzaqlaşdırılan qurumun yüksək rütbəli məmurlarının üzə çıxarılan bizneslərinin, külli miqdarda maliyyə ocaqlarının, eləcə də, milyonlarla maliyyə xərcləri ilə ərsəyə çatan şəxsi mülklərinin taleyinin necə olacağı hamıda maraq doğurur. Çünki hələ də sadaladığımız amillərdən doğan suallara cavab tapılmayıb.

Milli.Az bildirir ki, İqtidaryönlü deputat Zahid Oruc "Yeni Müsavat" a açıqlamasında bu sualların bəzilərinə cavab verdi: "Demokratiyanın şərtlərindən biri idarə edənlərin iqtisadiyyatda yer almamalıdır. Əgər iri rütbəli məmur biznes şəbəkəsində yer alacaqsa, bir sıra problemlərin meydana çıxması qaçılmazdır. O da maraqların toqquşması, özlərinə yaxın şirkətlərin daim öndə tutulması, digərlərinə qarşı inzibati mexanizmlərlə təsir və başqa amillər olacaqdır. Əgər hökumət təmsilçisi biznes fəaliyyətinə başlayırsa, bu halda xariclə əlaqədədirsə- hərçənd ki, bizneslə məşğul olan şəxs bu əlaqədə olur-müəyyən hədəflərə tuş gələcək. Yəni ələ keçirmə, casusluq, terror fəaliyyəti və.s. Eldar Mahmudov əslində bir indikatordur. Yerdə qalan hər kəs üçün siqnal verilməli bir hadisədir. Dövlətimiz üçün də bir mesajdır ki, əgər bu şəxslərin fəaliyyəti mediada qabardılırsa, bunların hakimiyyət mövqeyindən sui-istifadə etmələri bəlli olursa, özləri üçün külli miqdarda vəsait əldə edirlərsə, ölkə daxilində və xaricində müəyyən imkanlar qazanırlarsa, Azərbaycanın maraqlarına ziyan vuracaq səviyyəyə gəlib çatırlar".

Z.Oruc MTN-in yüksək rütbəli məmurlarının əldə etdikləri külli miqdarda vəsaitlərin necə geri qaytarılması ilə bağlı suallarla üz-üzə qaldıqlarını söylədi: "Bu necə baş verəcəkdir? Bunlar offşor zonalara vəsaitlər yönəldiblər. Həmin vəsaitlər iqtisadiyyatımıza ölçülməyəcək dərəcədə ziyan vurub. Cənab prezident müşavirələrinin birində söyləmişdir ki, bir neçə şəxs hansısa hərəkətə yol verirsə, sadəcə özünü təmsil edir və ziyanı, ictimai qınağı özünə yönəldir. Dövlət çevrəsində bu hadisələr baş verirsə, cəmiyyət arasında müəyyən fikirlər oyadır. Bu şəxslər yaxşı biznesmenlərdisə, bu lap yaxşıdır. Amma ölkədə bərabərlik hamının varlılıq imkanına görə olmalıdır. Amma heç kəs bolşevikcəsinə villalara, bahalı maşınlara sahib olmamalıdır. Bu istismarçı siniflərdə olan əhval-ruhiyyədən başqa bir şey deyil. Bu imkanlar kiminsə hakimiyyət mövqeyi, ona yaradılmış süni şərait və başqalarının sındırılması hesabına qazanılmamalıdır. Bu çox önəmli məsələdir. Belə şəxslər vəzifələri ilə vidalaşmalı, biznes işlərini davam etdirməlidirlər. Heç kəs bunların işinə qarışmır".
Milli.Az


Tags:  Mahmudovçuların pulları qaytarılacaq


RƏYLƏR


Top news