Rusiyadakı azərbaycanlıların kütləvi qayıdışı gözlənilir?

Rusiyadakı azərbaycanlıların kütləvi qayıdışı gözlənilir?
08:05 16 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Səfir ermənilərin təxribatı ilə bağlı Rusiya XİN-ə müraciət etdi (10 May 2017 12:38)
Azərbaycan səfiri ermənilərin təxribatı ilə bağlı Rusiya XİN-ə müraciət edib (10 May 2017 12:32)

Rusiyada yaşayan azərbaycanlıların vətənə göndərdikləri pul vəsaitlərinin həcmi daha da azalacaq.

Rusiyadakı iqtisadi böhran nəticəsində MDB respublikalarından bu ölkəyə qazanc dalınca gedənlərin vətənlərinə göndərdikləri pulların həcmi kəskin azalıb. Rusiya Mərkəzi Bankının yaydığı məlumata görə, bu ilin 9 ayı ərzində azərbaycanlı əmək miqrantlarının Azərbaycandakı yaxınlarına göndərdikləri pulların məbləği cəmi 272 milyon dollar təşkil edib. Ötən il isə bu məbləğ 456 milyon dollar idi. Bu, sürətli pul köçürmələri əsasında qeydə alınmış statistikadır.

Bəziləri hesab edir ki, bunun əsas səbəblərindən biri Rusiya hökumətinin ölkədən kapital axınına qoyduğu məhdudiyyətlə bağlıdır. Belə ki, ötən ilin oktyabr ayından etibarən Rusiya Mərkəzi Bankı bankların xaricə köçürdüyü bəzi pul əməliyyatlarına, xüsusilə offşor zonalarda qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə ölkədən kənara maliyyə köçürmələrinə qadağa qoyub.

Amma miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Milli.Az-a bildirib ki, Rusiyadan gələn maliyyə axınının azalmasının digər səbəbləri də var: "Əsas səbəb budur ki, əvvəla oradakı azərbaycanlı miqrantların sayı getdikcə azalır. Bu isə Qərb ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyaların iqtisadiyyata, ticarətə mənfi təsir göstərməsi ilə bağlıdır. İş yerlərinin, istehsalat müəssisələrinin, iqtisadi yönümlü layihələrin bağlanması əmək miqrantlarının, o cümlədən azərbaycanlıların iş yerlərini itirməsinə gətirib çıxardı. İkincisi, rus rublunun qeyri-sabitliyi, məzənnənin tez-tez dəyişməsi, inflyasiya ticarətə mənfi təsir etdi. Bu sahədə isə azərbaycanlılar çox təmsil olunur".

Üçüncü səbəb Rusiya hökumətinin qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində miqrasiya siyasətini sərtləşdirməsi ilə bağlıdır: "Yanvar ayından etibarən Rusiya hökuməti burada inzibati qayda pozuntusuna yol vermiş şəxslərə ölkəyə 3, 5, 10 illik giriş məhdudiyyəti qoydu. Bu da orada yaşayan azərbaycanlılarının sayının azalmasına təsir etdi. Ötən ilin oktyabrında Rusiyada 615 min azərbaycanlının yaşadığı bildirilirdi. Onlardan bir qismi əmək fəaliyyəti ilə məşğul olurdu. Rusiyanın Federal Miqrasiya Xidmətinin bu il noyabrın 1-nə olan rəsmi məlumatına görə isə, Rusiyada təxminən 532 min azərbaycanlı yaşayır. Yəni Rusiyadakı azərbaycanlıların sayı təxminən 85 min nəfər və ya 14 faiz azalıb. Bu, kifayət qədər böyük rəqəmdir və son nəticədə özünü Rusiyadan Azərbaycana göndərilən maliyyə vəsaitlərinin həcmində biruzə verdi. Əgər ötən il bank vasitəsilə yarım milyard dollara qədər vəsait köçürülübsə, təxminən bir o qədər də digər yollarla göndərilib. Bu da təxminən milyard dollara qədər vəsait edir. Bu il isə bu rəqəm, demək olar ki, 2 dəfə azalıb. Yəni Rusiyadan gələn maliyyə axınının azalması həm oradakı azərbaycanlıların sayının, eləcə də onların gəlirlərinin azalması ilə şərtlənir. Əgər 2016-cı ildə dünya bazarında neftin qiymətinin enməsi tendensiyası davam edərsə, bu, Rusiya üçün yeni iqtisadi çətinliklər yaradacaq. Bu çətinlik orada əmək fəaliyyəti ilə məşğul olan insanların maddi rifahına birbaşa mənfi təsir edəcək. Ona görə də əminliklə deyə bilərəm ki, gələn il Rusiyada yaşayan azərbaycanlıların vətənə göndərdikləri pul vəsaitlərinin həcmi daha da azalacaq".

Lakin ekspert hesab edir ki, bütün bu çətinliklər Rusiyadakı azərbaycanlı miqrantların kütləvi surətdə ölkəyə dönüşünə gətirib çıxarmayacaq: "Şübhəsiz ki, miqrantların bir qisminin geriyə dönüşü baş verə bilər, lakin kütləvi axın olmayacaq. Düzdür, Rusiyadakı azərbaycanlıların gəlirləri azalır, amma onlar özlərinin gündəlik ehtiyaclarını ödəyəcək qədər qazanc əldə edə biləcək iqtidardadırlar. Əgər soydaşlarımız bu imkanları da itirsələr, o zaman onların Azərbaycana dönüşü baş verə bilər".

İlkin İzzət
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ramazan bayramı günlərində hava isti, küləkli olacaq

25 İyun 2017 11:37

Tanınmış müğənni boşanma səbəbini açıqladı - "Hələ də bilmirəm ki..."

25 İyun 2017 11:34

Donald Tramp müsəlmanları -

25 İyun 2017 11:28

Bayram günlərində ölkə ərazisində 37 dərəcəyədək isti gözlənilir

25 İyun 2017 11:27

ABŞ-ın Suriyada İran ziddiyyəti: Dostdurmu, düşməndirmi?..

25 İyun 2017 11:23

"Həyatımın konsertinə hazırlaşıram"

25 İyun 2017 11:22

Bundestaqa rus “hücum”u: Moskva Merkeli devirməyə cəhd edir

25 İyun 2017 11:17

Azəri qızı Günel burnunu kəsdirib tanınmaz hala düşdü - FOTO

25 İyun 2017 11:13

Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisi keçiriləcək

25 İyun 2017 11:12

Polisə 300 min təklif edən azərbaycanlı biznesmen cəzalandırılacaq

25 İyun 2017 11:04

Britaniyalı qonaq: Bakıda Formula 1-ə baxmaqdan zövq alırıq

25 İyun 2017 11:01

Kabuslarını fotolara köçürüb məşhur oldu - FOTOLAR

25 İyun 2017 10:58

"4 ərəb ölkəsi Türkiyə qarşı hörmətsizlik etdi" - Ərdoğan

25 İyun 2017 10:57

Cəbhədə son vəziyyət -

25 İyun 2017 10:54

Rusiyada yol qəzasında 4 Fransa vətəndaşı ölüb

25 İyun 2017 10:49

16 yaşı var, 146 cinayət törədib

25 İyun 2017 10:38

Lent.az-ın 9 yaşı tamam oldu

25 İyun 2017 10:34

Bakıda biznes mərkəzində faciə: ölən var

25 İyun 2017 10:29

Burak Özçivit Fahriye Evcenin xına gecəsində görün nə etdi - FOTOLAR - VİDEO

25 İyun 2017 10:28

Bakıda maşın işıqforun qırmızı işığında keçərək qəza törətdi: 2 yaralı - VİDEO

25 İyun 2017 10:27

İranda terror aktlarının qarşısı alındı -

25 İyun 2017 10:25

İndən belə fermalar üzəcək - FOTOLAR

25 İyun 2017 10:13

Bu il Bakıda 10-dan artıq avtomobil yolu yenidən qurularaq istifadəyə veriləcək

25 İyun 2017 10:08

Cəbhədə GƏRGİNLİK

25 İyun 2017 10:08

Azərbaycanda balıq alverçisini qanına qəltan etdilər

25 İyun 2017 10:04

Cəbhədən son xəbər: ermənilər kəndlərimizi atəşə tutub

25 İyun 2017 09:59

Cəhbədə növbəti erməni təxribatı: minaatanlardan 10 mərmi atıldı

25 İyun 2017 09:57

Ermənilər minaatanlarla atəşkəsi 148 dəfə pozdu

25 İyun 2017 09:55

Bakıda arvad ərini döydü

25 İyun 2017 09:48

Ermənistan silahlı bölmələri minaatanlardan ordumuzun mövqelərini atəşə tutub

25 İyun 2017 09:47

Uşaqların ilanla ölümcül oyunu-

25 İyun 2017 09:46

İsrail Suriya ordusunu bombalamasının səbəbini açıqladı

25 İyun 2017 09:42

Rumıniya yığmasının futbolçusu Bakı klubunda - FOTO

25 İyun 2017 09:39

Sumqayıtda meyvə-tərəvəz köşkü yanıb

25 İyun 2017 09:36

Dünyanın ən gözəl istirahət guşələri - VALEHEDİCİ FOTOLAR

25 İyun 2017 09:33

Yaponiyada güclü zəlzələ olub

25 İyun 2017 09:32

Abşeronda mərmər sexi yanıb

25 İyun 2017 09:29

Ərdoğan bayram namazında huşunu itirdi - TƏCİLİ YARDIM ÇAĞIRILDI

25 İyun 2017 09:24

Tramp müsəlmanları təbrik etdi

25 İyun 2017 09:17

Pakistanda tankerdə yanğın: 123 nəfər ölüb, 40 nəfər xəsarət alıb

25 İyun 2017 09:08

Bu günə olan valyuta məzənnələri -

25 İyun 2017 09:08

Abşeronda sex, Sumqayıtda köşk yandı

25 İyun 2017 09:04

SON DƏQİQƏ: Türkiyə prezidentinin halı pisləşdi

25 İyun 2017 08:58

Xalq artistinin oğlundan insanı sarsıdan SÖZLƏR - "GÖZLƏRİNDƏN YAŞ GƏLDİ"

25 İyun 2017 08:54

Bakıda yaşlı kişi küçədə bıçaqlandı

25 İyun 2017 08:43

Çaylarda sululuq səviyyəsi açıqlandı

25 İyun 2017 08:36

BƏDBƏXT HADİSƏ: 6 yaşlı qardaş 4 yaşlı bacısını qətlə yetirdi

25 İyun 2017 08:23

Bu günün hava proqnozu -

25 İyun 2017 08:20

Tarixdə acı xatirələrlə qalan FOTOLAR

25 İyun 2017 08:03

Paytaxtda 42 yaşlı kişi həyat yoldaşı tərəfindən döyülüb

25 İyun 2017 08:02