Davudoğlu yenə Rusiyaya səsləndi

Davudoğlu yenə Rusiyaya səsləndi
08:12 16 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

"Türkiyə Rusiya ilə münasibətləri pisləşdirmək istəmir, ona görə ki, bu həm Qara Dəniz regionuna, həm də qonşu bölgələrə, hətta qlobal sülhə mənfi təsir göstərə bilər"

Milli.Az anspress-ə istinadən bildirir ki, belə bir bəyanat Bolqarıstana rəsmi səfər etmiş Türkiyə baş naziri Əhməd Davudoğludan gəlib. Davudoğlu bir daha vurğulayıb ki, Rusiyanın Su-24 bombardmançısının vurulması Türkiyənin öz hava məkanını qorumaq məcburiyyətindən irəli gəlib. Baş nazir habelə bildirib ki, Türkiyə bütün məsələləri Rusiya tərəfi ilə müzakirə etməyə hazırdır.

"Bu dəfə Sofiyada bir daha bildirmək istəyirəm ki, Rusiya və Türkiyə arasında yaşanan gərginlik, Türkiyənin öz hava məkanını qorumaq istəyinin nəticəsidir. Türkiyənin Rusiya ilə münasibətləri pisləşdirmək niyyəti yoxdur. Təəsüflər olsun ki, həmin hadisədən sonra verilən bəyanatlar dialoqa kömək olmadı və buradan demək istəyirəm ki, biz Rusiyayla bütün məsələləri müzakirə etməyə hazırıq. Biz elə ilk gündən NATO-ya həmçinin onun üzvü olan Bolqarıstana bu barədə məlumat vermişik", deyə Əhməd davuoğlu bildirib.

Davudoğlu Türkiyə ilə Rusiya arasında dostluq və qonşuluq əlaqələrinin tezliklə normallaşacağına, bu əlaqələrin təkrar daha güclü şəkildə bərqərar olacağına, hər məsələni, arxadan ittiham etmədən, üz-üzə, qarşılıqlı ehtiram yolu ilə müzakirə edəcəklərinə ümidvar olduğunu bildirib.

Bir neçə gün əvvəl isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyaya müracət etmişdi. Prezident Rusiya ilə gərginliyin qısa müddətdə aradan qalxacağına ümid etdiyini bildirib.

"Heç bir ölkə bölgədə gərginliyin artmasını istəmir. Hansı ölkəyə, millətə məxsus olduğu bilinməyən təyyarənin dəfələrlə xəbərdarlıq edilməsinə rəğmən sərhədi pozması nəticəsində belə bir hadisə yaşandı. Bu vəziyyətin yaranması düşündürücüdür, təəssüfedicidir. Belə hadisə ilə qarşı-qarşıya gəlməyi arzu etməzdik", deyə Ərdoğan bildirib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR