Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İtaliya Rusiyanı dəstəklədi

İtaliya Rusiyanı dəstəklədi

Date: 16 December 2015 08:27

İtaliya Almaniyanın "Şimal axını-2" qaz borusuna dair mövqeyinə görə Aİ-nin Rusiyaya qarşı sanksiyalarının daha yarım il avtomatik uzadılmasının əleyhinə çıxış edib. 
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə  "Financial Times"a Aİ rəhbərliyinə yaxın olan mənbə bildirib.
 
İtaliyanın baş naziri Matteo Rentsi bəyan edib ki, Almaniyanın "Şimal axını-2" qaz borusunu dəstək verməsi Aİ-nin Rusiyaya qarşı sanksiyaları uzatmaq niyyətinə ziddir.   
 
"Bizim sanksiyalara dair mövqemiz qətidir, lakin buna baxmayaraq, bəzi ölkələr və şirkətlər "Şimal axını"nın gücünü ikiqat artırmaq niyyətindədirlər", deyə italiyalı məmurlardan biri qeyd edib.   
 
Almaniya tərəfi təkid edir ki, qaz borusu siyasətlə heç bir əlaqəsi olmayan sırf kommersiya layihəsidir. Bununla belə, Polşa, Slovakiya və Ukrayna və s. ölkələr layihəni sərt tənqid edərək, onu "siyasi layihə" adlandırırlar.   
 
İtaliya Aİ-nin Rusiyaya qarşı sanksiyaları məsələsində vahid mövqedən çıxış edilməsini tələb edir. 
Milli.Az


Tags:  İtaliya Rusiyanı dəstəklədi


RƏYLƏR


Top news