ABŞ Əsədi devirmək istəmir?

ABŞ Əsədi devirmək istəmir?
08:52 16 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ və tərəfdaşlarının bu gün Suriyada rejimi dəyişmək niyyəti yoxdur. 
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerri deyib.   
 
"ABŞ və tərəfdaşları bu gün Suriyada rejimin dəyişməsinə cəhd etmirlər. Biz bildirmişik ki, Əsədin gələcəkdə lider olmaq imkanı yoxdur, lakin bu gün biz diqqətinizi aramızda olan fikir ayrılıqlarına yönəltmirik", deyə Kerri Rusiya prezidenti Vladimir Putin və həmkarı Sergey Lavrovla görüşündən sonra bildirib.
 
O qeyd edib ki, danışıqlar zamanı əsas diqqət Suriya xalqına ölkəsinin gələcəyini özü müəyyən etməsinə imkan yaradacaq siyasi prosesə yönəlib.  
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR