Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Cahangir Hacıyevin ev dustaqlığına buraxılması üçün apellyasiya şikayəti verilib

Date: 16 December 2015 09:42

Bakı. 16 dekabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması vəsatəti üzrə Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verilib.
Bu barədə “Report”a C.Hacıyevin vəkili Aqil Layicov bildirib.
O, ərizənin Bakı Apellyasiya Məhkəməsinə təqdim edildiyini deyib.
Qeyd edək ki, dekabrın 12-də Nərimanov Rayon Məhkəməsində C.Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.
Xatırladaq ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə apellyasiya şikayəti verilib. Lakin Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti təmin edilməyib.
C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Tags:  Cahangir Hacıyevin ev dustaqlığına buraxılması apellyasiya şikayəti verilib

RƏYLƏR


Top news