Bakının “Azəryol” voleybol klubu Finlandiyanın “Salo” komandasını qəbul edəcək

Bakının “Azəryol” voleybol klubu Finlandiyanın “Salo” komandasını qəbul edəcək
09:53 16 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Bu gün Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının səkkizdəbir final mərhələsinin cavab oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq görüşdə komandamız Finlandiyanın “Salo” klubunu qəbul edəcək.
Görüşü türkiyəli Cihat Fırıncıoğlu və ukraynalı Aleksey Skibitskiy idarə edəcəklər.
Qeyd edək ki, komandalar arasında Finlandiyada keçirilən ilk oyunda Bakı təmsilçisi 3:0 hesabı ilə qalib gəmişdi. Təmsilçimiz turnirin onaltıdabir final mərhələsində Rumıniyanın “Tarqoviste” klubunu yarışdan kənarlaşdırmışdı.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakinin_Azeryol_voleybol_klubu_Finlandiyanin_Salo_komandasini_qebul_edecek-911589

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR