Azərbaycan millisi Sloveniya, Latviya və Bolqarıstan yığmaları ilə qarşılaşacaq

Azərbaycan millisi Sloveniya, Latviya və Bolqarıstan yığmaları ilə qarşılaşacaq
10:08 16 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Yanvarın 3-dən 13-dək Sankt-Peterburqda FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 1998-ci il təvəllüdlü futbolçular arasında beynəlxalq turnir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan yığmasının da mübarizə aparacağı turnirin püşkatma mərasimi təşkil olunub. Püşkə əsasən, Azərbaycan yığması “C” qrupunda Sloveniya, Latviya və Bolqarıstan milliləri ilə mübarizə aparacaq.
“A” qrupunda Sankt-Peterburq, Belarus, Slovakiya, Yaponiya, Litva, “B” qrupunda isə Finlandiya, Rusiya, Estoniya, Qazaxıstan və Moldova komandaları yarışacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_millisi_Sloveniya_Latviya_ve_Bolqaristan_yigmalari_ile_qarsilasacaq-911590

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR