Komitə sədri: "Valideynlər 6-cı sinifdən uşaqları məktəbdən uzaqlaşdırırlar"

Komitə sədri: "Valideynlər 6-cı sinifdən uşaqları məktəbdən uzaqlaşdırırlar"
10:29 16 Dekabr 2015
21 Sosial
Ölkə mətbuatı
A- A+

“Bir müddət ölkədə erkən nikahların sayı azalsa da, son zamanlar bəzi rayonlarda, xüsusən Bakının bir sıra kəndlərində erkən nikahların sayı artıb”. APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

 

O bildirib ki, son 2 ildə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 20 erkən nikah faktı qeydə alınıb: “Bunlardan 17-nin qarşısı alınıb. Qeyd edim ki, erkən nikaha girən qızlar daha çox zorakılığa məruz qalır”.

 

H. Hüseynova çıxışında Bakının Nardaran qəsəbəsində uşaqların təhsildən yayınmasına da münasibət bildirib: “Uşaqların təhsildən yayınması, habelə erkən nikahlar daha ağır ictimai proseslərin yaranmasına gətirib çıxarır. Buna əyani nümunə Nardaranda baş verən hadisələrdir. Bu fakt onu göstərdi ki, uşaqların savadsızlığından istifadə olunur və uşaqlar radikal dini və siyasi qruplara cəlb edirlər. Valideynlər 6-cı, 7-ci sinifdən uşaqları məktəbdən uzaqlaşdırırlar. Bizə dəfələrlə, xüsusilə analar tərəfindən müraciət olunur ki, onların həyat yoldaşları uşaqları məktəbə getməyə qoymurlar. Burada həm uşaqların hüquqları, həm də dövlətin qanunları pozulur”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225371

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR