Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Oğlum üçün darıxdım, oturub ağladım"

"Oğlum üçün darıxdım, oturub ağladım"

Date: 16 December 2015 10:32

Aktrisa Pelin Karahan ana olduğu üçün ilyarım fasilə verdiyi çəkiliş meydançalarına "Yeter" adlı serialla dönüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yanvarda ATV telekanalında başlayacaq ekran işinin çəkilişləri davam edir. 

Aktrisa çəkiliş zamanı başına gələn çətinlikləri "Cosmopolitan" jurnalına danışıb:

"Uşaq həyatı dəyişdirir. Çəkilişlər yaxınlıqda olanda oğlumu da yanımda aparıram. Dünənki səhnələrdə balaca uşaqlar da var idi. Darıxmışdım. Oturub ağladım. O gün 13-14 saat işləmişdik, oğlumu heç görməmişdim. Uşaq üçün darıxanda hətta balaca pişik görsən, adamı ağlamaq tutur".

Qeyd edək ki, serialın artıq yeni videoları da yayılıb.

Milli.Az


Tags:  Oğlum darıxdım oturub ağladım

RƏYLƏR


Top news