Komitə sədri: "Azərbaycanın bəzi rayonlarında, Bakının bir sıra kəndlərində erkən nikahların sayı artıb"

10:32 16 Dekabr 2015
12 Sosial
Ölkə mətbuatı
A- A+

O bildirib ki, erkən nikaha girən qızlar daha çox zorakılığa məruz qalır: “Uşaqların təhsildən yayınması və erkən nikahlar bizi narahat edir. Bu isə daha ağır ictimai proseslərin yaranmasına gətirib çıxara bilər. Nardaranda baş verən hadisələr bu narahatlığımızı bir daha təsdiqləyir. Bu fakt onu göstərdi ki, uşaqların savadsızlığından istifadə olunaraq onları radikal dini və siyasi qruplara cəlb edirlər. Valideynlər 6-cı, 7-ci sinifdən uşaqları məktəbdən uzaqlaşdırırlar. Bizə dəfələrlə ­xüsusilə analar bu məsələ ilə bağlı müraciət edərək bildirib ki, onların həyat yoldaşları uşaqları məktəbə getməyə qoymurlar. Bu halda həm uşaqların hüquqları, həm də dövlətin qanunları pozulur”.
Komitə sədri bildirib ki, ölkədə bir müddət erkən nikahların sayında azalma müşahidə olunsa da, son zamanlar bəzi rayonlarda, Bakının bir sıra kəndlərind­ə erkən nikahların sayı artıb: “Bunun qarşısının alınması və effektiv nəticələrin əldə edilməsi üçün erkən nikahların daha çox rast gəlindiyi yerləri müəyyənləşdirmək və müvafiq bölgələr üzrə maarifləndirmə işlərini aparmaq lazımdır”.
H.Hüsehnova qeyd edib ki, son 2 ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri 20 erkən nikah faktı qeydə alıb: “Onlardan 17-nin qarşısı alınıb”.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/komite-sedri-azerbaycanin-bezi-rayonlarinda-bakinin-bir-sira-kendlerinde-erken-nikahlarin-sayi-ar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR