"Mercedes" qəza törətdi, sürücü yaralandı

"Mercedes" qəza törətdi, sürücü yaralandı
10:41 16 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə avtomobil qəzası baş verib. Sürücü ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Gəncə Şəhər Təcili Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, hadisə şəhərin İmamzadə kompleksi yaxınlığında qeydə alınıb. Gəncə şəhər sakini, 1950-ci il təvəllüdlü Ələmqulu İsrafil oğlu Bayramovun idarə etdiyi “Mercedes” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı divara çırpılıb. Hadisə nəticəsində sürücü ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatıdırılıb.

Qəzaya səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Dekabr ayının 11-də də Zaqatala rayonunda avtomobil hasara çırpılıb.

Hadisə rayonun Qımır kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Şahid Xəmməd oğlu Ramazanovun idarə etdiyi 62- BE- 601 dövlət nömrə nişanlı, "VAZ 21 07" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobili yolun kənarındakı divara çırpıb. Qəza nəticəsində sürücü, Ş. Ramazanov aldığı xəsarətlərin ağırlığından hadisə yerindəcə dünyasını dəyişib. Hadisə zamanı sürücü avtomobildə tək olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367391

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR