2016-cı ildə hansı bürclər varlanacaq?

2016-cı ildə hansı bürclər varlanacaq?
10:47 16 Dekabr 2015
4549 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ulduzlar deyir ki, Əkizlər bürcü bu siyahıda birinci yerdədir. Bu bürcün sahibləri uyğun şəraiti seçə bilsələr, həyatlarını tamamilə dəyişdirə və daha çox irəli gedərək istədikləri qazancı əldə edə bilərlər. Əkizlər bürcü altında doğulan insanlar tükənməz gəlir sahibi ola bilərlər. Buna görə də ilin əvvəlindən etibarən işinizlə bağlı düzgün qərarlar verin və arzularınızı özünüz həyata keçirin.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Şir bürcünün nümayəndələri əsl oyunçulardır. Bəzilərinin pul ehtirası onları acınacaqlı vəziyyətlərlə üz-üzə qoyur, iflasa qədər gətirib çıxarır. Lakin 2016-cı il Şirlər üçün mükəmməl olacaq. Ciddi gəlirlər əldə etmələrinə baxmayaraq, möhkəm iradəyə də sahib olacaqlar. Münəccimlər xəbərdarlıq edirlər ki, uğur bütün ili Şirləri müşayiət etməyəcək, sadəcə may və avqust aylarında onların bəxti gətirəcək. Qalanı isə bürc sahibinin özündən asılıdır.

Sirr deyil ki, Dolçalar üsyankar xülyaçılar və ixtiraçılardır. 2016-cı il onlar üçün xüsusi olmağa söz verib. Sakitləşməyən xarakterləri ilə diqqət çəkən Dolçalar 2016-cı ilin fevralından başlayaraq, "ideyaların əsl generatoru" olacaqlar. Onların beynində indiyə kimi yatıb qalan fikirlər toplusu birdən-birə elə partlayacaq ki, bu bürcün sahibləri məşhurlaşacaq və qəfil milyonçulardan olacaqlar.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/390602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR