Qubada 60 mindən çox iribuynuzlu heyvan dabaq xəstəliyinə qarşı vaksinasiya ediləcək

Qubada 60 mindən çox iribuynuzlu heyvan dabaq xəstəliyinə qarşı vaksinasiya ediləcək
10:48 16 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Quba, 16 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qubada heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə növbəti peyvəndləmə və müayinə işlərinə başlanılıb. Rayon baytarlıq idarəsinin mütəxəssisləri tərəfindən qısa müddətdə 60 mindən çox iribuynuzlu heyvan dabaq xəstəliyinə qarşı vaksinasiya ediləcək.
AZƏRTAC xəbər verir ki, artıq 25 minə yaxın heyvan peyvənd olunub. Vaksinasiya prosesini vaxtında başa çatdırmaq üçün idarənin 20-yə yaxın sahə baytarlıq məntəqəsinin baytar-həkimləri səfərbər olunub. Vaksinasiya işləri həm iri fermer, həm də fərdi təsərrüfatlarda aparılır.
Baytarlar mal-qara sahiblərinə heyvanlarının peyvəndləmə və müayinədən kənarda qalmaması üçün sahə baytarlıq məntəqələrinə və baytarlıq idarələrinə vaxtında müraciət etmələrini tövsiyə edirlər.
Quba rayon baytarlıq idarəsinin rəisi Nadir Beycanov AZƏRTAC-a bildirib ki, rayonda xüsusi təhlükəli xəstəliklərə görə epizootik vəziyyət sabitdir. Bu il ərzində rayonda heç bir təhlükəli infeksion xəstəlik aşkarlanmayıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qubada_60_minden_chox_iribuynuzlu_heyvan_dabaq_xesteliyine_qarsi_vaksinasiya_edilecek-911600

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR