BANM-də ""Kitabi-Dədə Qorqud" bizim mənəvi sərvətimizdir" adlı tədbir keçirildi - FOTO

BANM-də ""Kitabi-Dədə Qorqud" bizim mənəvi sərvətimizdir" adlı tədbir keçirildi - FOTO
10:52 16 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

BANM-də professor Fuad Vəliyevin kitab təqdimatı - FOTO (22 Aprel 2017 11:32)
Musiqili Teatrın balet truppası Dədə Qorqud festivalında (11 Aprel 2017 15:27)
Aprel döyüşlərinə həsr edilmiş tədbir keçirildi (08 Aprel 2017 11:41)

Bakı Ali Neft Məktəbində (BANM) ""Kitabi-Dədə Qorqud" bizim mənəvi sərvətimizdir" adlı tədbir keçirildi. Öncə SOCAR-ın "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olan neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirdi ki, BANM-də təhsil alan tələbələr gələcəkdə neftçi peşəsində öz əməlləri ilə onların ruhunu şad etməlidirlər.
Rektor Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun rəhbərliyi və nümayəndələrinin Ali Məktəbə gəlişindən məmnun olduğunu və belə layihələrin davamlı xarakter almasının vacibliyini vurğuladı. O bildirdi ki, Azərbaycan gənclərinə milli-mənəvi dəyərləri təbliğ etmək işini qarşısına məqsəd qoyan bu Fondun gördüyü işlər təqdirəlayiqdir. Elmar Qasımov "Kitabi-Dədə Qorqud" və bu kimi dəyərlərin tələbələrə aşılanmalı olduğunu bildirdi.  

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov öz çıxışında Fondun yaranma tarixindən və fəaliyyətindən söz açaraq Fondun fəaliyyətinin əsas istiqamətinin maarifləndirmə olduğunu dedi.  O, Azərbaycan Repsublikasının prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu ilin əvvəlindən başlayaraq Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud"un alman şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200 illiyinin qeyd olunduğunu bildirdi. İcraçı direktor Bilik Fondunun təşkilatçılığı ilə bu istiqamətdə əhali arasında, müəssisə və təşkilatlarda həyata keçirilən maarifləndirmə, təbliğat xarakterli tədbirlər barədə məlumat verdi. Fondun xətti ilə keçirilən tədbirlər haqqında danışan O.Səmədov həm Bakıda, həm də regionlarda  Fondun gördüyü işlər, həyata keçirdiyi layihələrdən bəhs etdi. BANM-in tələbələrini Fondun tərkibində könüllülərin qrupunda təmsil olunmağa səslədi. O, kitaba maraq və  kitabın təbliği ilə bağlı keçirilən layihələrdən söz açaraq, bununla bağlı bir sıra mühüm tədbirlərin keçirildiyini dedi və tədbirlərin əhəmiyyətini vurğuladı. Bununla yanaşı, müxtəlif istiqamətlərdə bir çox sosial layihələr, o cümlədən ölkə hüdudlarından kənarda da tədbirlər keçirildiyini bildirdi. O, Bilik Fondunun BANM-lə əməkdaşlıq etməyə hazır olduğunu dedi.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Muxtar İmanov "Kitabi-Dədə Qorqud" və dövlətçilik" mövzusunda məruzə ilə çıxış etdi. O, eposdakı boylar haqqında məlumat verərək, burada təsvir olunan xalq, Vətən, hakimiyyət və hakimiyyətin rəmzləri və ordu anlayışlarının eposdakı mənalarını izah edərək dastanda dövlət, xalq, ordu və bu kimi məsələlərə yanaşma və təsvir haqqında danışdı. Muxtar İmanov "Kitabi-Dədə Qorqud"dakı dövlətçilik təşəkkülü, cəmiyyətdə mövqe tutmaq haqqında söz açdı. O, YUNESKO səviyyəsində dastanın öyrənilməsinin, ideya, əxlaqi, fəlsəfi keyfiyyətlərinin zənginliyi, bu eposun ümumbəşəri tərbiyəvi ideyasının böyük əhəmiyyət daşıdığını vurğuladı. O, eposun bədii xüsusiyyətlərinə toxunaraq Azərbaycanda yazılı ədəbiyyatın tarixindən də söz açdı. Həm ideya, həm məzmun, həm də bədii təsvir baxımından bu dastanın çox mükəmməl olduğunu dedi.

Sonda tələbələr məruzə ilə bağlı fikirlərini bildirdilər və tədbir sual-cavabla yekunlaşdı.    

Milli.Az





RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Yayla Kiriç Ali: “Bakı Marafonu 2017”nin qalibi olacağıma inanırdım"

30 Aprel 2017 15:32

Rusiyalı gimnastlar: "Öz üzərimizdə işləməli, səhvləri düzəltməliyik"

30 Aprel 2017 15:29

Millimizin Bakı-2017-də HEYƏTİ

30 Aprel 2017 15:29

Antalyaya qiyabi səyahət

30 Aprel 2017 15:28

Qəza xeyli sayda can aldı

30 Aprel 2017 15:27

Nazirlik: Həmin ətlər ölmüş at və aqoniya vəziyyətində kəsilmiş mal ətləridir

30 Aprel 2017 15:24

Xoşqədəm "Sən supersən!"in səhnəsində Alla Puqaçovanın mahnısını ifa etdi

30 Aprel 2017 15:22

"Real" çempion olsa, "Malaga" 1 milyon avro qazanacaq

30 Aprel 2017 15:22

Corab sataraq milyonçu olan məktəbli

30 Aprel 2017 15:19

Salyanda Qarabağ veteranının evi yanıb

30 Aprel 2017 15:17

Kürdəmirdə pambıq tarlasında bədbəxt hadisə

30 Aprel 2017 15:15

Braziliyalı futbolçu Bundesliqanın tarixinə düşdü

30 Aprel 2017 15:12

Daşkəsəndə aşkarlanan ət insan sağlamlığı üçün təhlükəlidir - Nazirlik məlumat yaydı

30 Aprel 2017 15:12

Bu ağacın 4841 yaşı var - FOTOLAR

30 Aprel 2017 15:08

Taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO

30 Aprel 2017 15:05

"Beynəlxalq Caz Günü" qeyd olunur

30 Aprel 2017 15:02

Qardaşlarını, onların həyat yoldaşlarını öldürdü

30 Aprel 2017 14:59

Karton parçasından görün nələr yaratdı - FOTOLAR

30 Aprel 2017 14:58

Kolumbiyada bina çökdü: 20 ÖLÜ

30 Aprel 2017 14:52

104 cüt ayaqqabı oğurladılar - AĞDAŞDA

30 Aprel 2017 14:49

Neymar bombası "partlayır" - 200 milyonluq transfer

30 Aprel 2017 14:47

“Bakı Marafonu 2017” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

30 Aprel 2017 14:47

Piyada zolağı ilə bağlı

30 Aprel 2017 14:42

Trampın ofisindəki qırmızı düymənin sirri: Nivə silahı, yoxsa kola reklamı? - FOTOLAR

30 Aprel 2017 14:38

Türkiyədə spirtli içkilər QADAĞAN olundu

30 Aprel 2017 14:37

Daşkəsəndə aşkar olunan ətlər insan sağlamlığına zərər yetirən bakteriyalarla çirklənib

30 Aprel 2017 14:37

Azarkeş: Azərbaycan yığmasının Dünya Kubokunda mükafat qazanacağına əminəm

30 Aprel 2017 14:36

Tanınmış aktyor vəfat edib

30 Aprel 2017 14:36

Abdolbari Goozal Azərbaycan vətəndaşıdır? - AÇIQLAMA

30 Aprel 2017 14:27

Londonda terror təhlükəsi - XƏBƏRDARLIQ

30 Aprel 2017 14:22

Tamaşaçı: Azərbaycan gimnastikasını parlaq gələcək gözləyir

30 Aprel 2017 14:22

Prezidentin qızları, generallar, məşhurlar Bakı Marafonunda

30 Aprel 2017 14:22

Məşhur avtomobil fabriki - "Gorky" - FOTOLAR

30 Aprel 2017 14:13

"Qəbələ"nin sabiq futbolçusu rəqib oyunçunu xilas etdiyinə görə mükafatlandırılıb

30 Aprel 2017 14:07

Kolumbiyada yaşayış binası çökdü

30 Aprel 2017 14:05

İndiyə kimi səhv istifadə etdiyimiz əşyalar - VİDEO

30 Aprel 2017 14:03

Yusuf Güneydən azərbaycanlı pərəstişkarlarına SÜRPRİZ

30 Aprel 2017 13:57

Azərbaycanlı müğənnilərin ƏSL PEŞƏLƏRİ - SİYAHI

30 Aprel 2017 13:54

Azərbaycan dünyanın ən güclü ordularının reytinqində

30 Aprel 2017 13:53

Londonda daha iki terror aktı törədilə bilər

30 Aprel 2017 13:50

ABŞ gimnastı: "Hər çıxış mənim üçün zövq və bayramdır" (FOTO)

30 Aprel 2017 13:50

İranlı marafon iştirakçısı: Mənim üçüncü yerim qələbəyə bərabərdir

30 Aprel 2017 13:50

"Tənbəl kotletlər"in hazırlanma qaydası

30 Aprel 2017 13:50

Bloqqer Mehman intihar etdi

30 Aprel 2017 13:46

Afaq Aslan bu dəfə tamam soyundu və çarpayıda... - VİDEO

30 Aprel 2017 13:43

Azərbaycanda pambıq tarlasında faciə: qadın öldü

30 Aprel 2017 13:39

Valideynini itirən İntiqam və Ehtiram kövrəldi: "Atam yatdı ayılmadı"

30 Aprel 2017 13:37

Fotoda neçə insan üzü var

30 Aprel 2017 13:37

Azərbaycan futbolunda mövsümün əvəzedilməzi

30 Aprel 2017 13:29

Ayın və həftənin ilk gününə olan hava proqnozu

30 Aprel 2017 13:25