​Rusiyada qanadlı raket yaşayış evinin üstünə düşüb

​Rusiyada qanadlı raket yaşayış evinin üstünə düşüb
10:52 16 Dekabr 2015
23 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Rusiyanın Arxangelsk vilayətinin Nenoks yaşayış məntəqəsi yaxınlığına qanadlı raket düşüb.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə qanadlı raketin sınağı keçirilən zaman baş verib. Raket nəzərdə tutulan istiqamətdən çıxaraq, yaşayış məntəqəsi yaxınlığında partlayıb. Raketin hissələri üçmərtəbəli yaşayış binasının üstünə düşüb və yanğın baş verib. Binanın sakinləri təxliyə ediliblər.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiyada-qanadli-raket-yasayis-evinin-ustune

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR