İdmançımız ABŞ-da keçirilən qılıncoynatma üzrə yarışda medal qazanıb (FOTO)

İdmançımız ABŞ-da keçirilən qılıncoynatma üzrə yarışda medal qazanıb (FOTO)
10:53 16 Dekabr 2015
19 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ-ın Massaçusets ştatının mərkəzi Boston şəhərində qılıncoynatma üzrə qran-pri yarışı keçirilib.

Azərbaycan Qılıncoynatma Federasiyasından Trend-ə verilən məlumata görə, dekabrın 12-13-də baş tutan yarışda Azərbaycanı məşqçi Fikrət Vəliyevin yetirmələri olan sablyaçılarımız Səbinə Mikina, Sevil və Sevinc Bünyadova bacıları təmsil edib.

2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziya xalları verən yarışda S.Mikina fərqlənib. O, qrupda 5 görüşdə qələbə çalıb.

1/64 finaldan yenidən mübarızəyə qoşulan S.Mikina ardıcıl 4 qarşılaşmada qalib gəlsə də, yarımfinalda rusiyalı rəqibi Viktoriya Kovalyovaya uduzaraq bürünс medalla kifayətlənməli olub.

Beləliklə, S.Mikina 30 lisenziya xalı qazanaraq Rio-2016-da iştirak etmək imkanlarını artırıb. S.Mikina yarışdan sonra ABŞ-da qalaraq Dallasda bir aylıq təlim-məşq toplantısında iştirak edəcək.

Qeyd edək ki, Beynəlxalq Qılıncoynatma Federasiyasının keçirdiyi Qılıncoynatma üzrə 45-ci Dünya Çempionatı 2015-ci ilin oktyabrında başlayıb və 2016-cı ildə Rio-de–Janeyroda keçirilməsi nəzərdə tutulan Yay Olimpiya Oyunlarında yekunlaşacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2470088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR