FHN-in kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

FHN-in kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
10:57 16 Dekabr 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günü münasibəti ilə nazirliyin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
“Report”un xəbərinə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, onların məzarları üzərinə gül, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/fhn-in-kollektivi-fexri-xiyabani-ve-sehidler-xiyabanini-ziyaret-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR