Şahin Mustafayev: "Səudiyyə Ərəbistanı şirkətləri Azərbaycana təxminən 400 milyon dollarlıq investisiya yatırıb"

Şahin Mustafayev: "Səudiyyə Ərəbistanı şirkətləri Azərbaycana təxminən 400 milyon dollarlıq investisiya yatırıb"
10:57 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Səudiyyə Ərəbistanı-Azərbaycan hökumətlərarası komissiyasının 4-cü iclası keçirilib.
"Report" "Arabnews"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı tərəfdən komissiyanın həmsədri olan, Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun (SAGİA) sədri Əbdüllətif Əl-Osman iki ölkənin bir sıra məsələlər üzrə əməkdaşlığı inkişaf etdirdiyini bildirib.
Əl-Osman qeyd edib ki, hər iki tərəf ticarət dövriyyəsinin artırılması barədə razılıq verib: "Neft-kimya, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq üçün gözəl imkanlar var. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında tarixi əlaqələr mövcuddur".
Öz növbəsində, Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, ölkələr ikiqat vergitutmanın aradan qaldırılması məsələsində irəliləyişə nail olub. O, bu gün üçün Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycana təxminən 400 milyon dollarlıq investisiya yatırdığını qeyd edib.
Nazir vurğulayıb ki, ölkələr müntəzəm qaydada biznes forumların keçirilməsi barədə razılığa gəlib.
Görüşün sonunda tərəflər hökumətlərarası komissiyanın iclası barədə protokolları imzalayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/sahin-mustafayev-seudiyye-erebistani-sirketleri-azerbaycana-texminen-400-milyon-dollarliq-investis

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR