Kənd Təsərrüfatı Nazirliyi ilə bp şirkəti ikitərəfli əməkdaşlığa dair protokol imzalayıblar

10:58 16 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, Nihad Budaqov, AZƏRTAC
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə bp şirkəti arasında ikitərəfli əməkdaşlığa dair protokol imzalanıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 16-da Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərlərinin keçdiyi ərazilərdə bp şirkətinin dəstəyi ilə kənd təsərrüfatı və kənd yerlərinin inkişafı istiqamətli layihələrin həyata keçirilməsi müzakirə edilib. Həmçinin, bp tərəfindən tələbələr üçün praktiki əhəmiyyəti olan müvafiq istixana qurğularının Azərbaycan Dövlət Aqrar Universitetinə verilməsi nəzərdən keçirilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kend_Teserrufati_Nazirliyi_ile_bp_sirketi_ikiterefli_emekdasliga_dair_protokol_imzalayiblar-911603

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR