Səhnədə dünyasını dəyişən məşhurumuz

Səhnədə dünyasını dəyişən məşhurumuz
11:05 16 Dekabr 2015
60 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anım günüdür. 

Milli.Az publika.az-a istinadən xəbər verir ki, görkəmli bəstəkar, pianoçu, caz-muğamın banisi Vaqif Əziz oğlu Mustafazadə 1940-cı il martın 16-da Bakıda, İçərişəhərdə anadan olub. Atasının ölümündən sonra Vaqifin tərbiyəsi ilə anası məşğul olmağa başlayır. O, məktəbdə musiqi müəllimi idi.
 
Vaqif Mustafazadə 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib və Bakı Musiqi Akademiyasına daxil olub. İlk məşhurluğu da elə burada qazanıb. O, kiçik konsertlər verir, klublarda çıxış eləyirdi. Vaqif, əsasən klassik caz, blyuz və oynaq mahnılar ifa edirdi.
 
1964-cü ildən V. Mustafazadə "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.
 

O, 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı səhnədə ürək tutmasından vəfat edib. Musiqiçi Bakıda dəfn olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/390617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR