Vergi borcu olan müğənnilərin adı açıqlanacaq - rəsmi

Vergi borcu olan müğənnilərin adı açıqlanacaq - rəsmi
11:06 16 Dekabr 2015
45 Şou
Ölkə mətbuatı
A- A+

"Gələn həftədən etibarən vergi borcu olan şou-biznes nümayəndələrinin adları açıqlanacaq. Həmin siyahı mərhələ-mərhələ təqdim olunacaq".

Axşam.az-ın məlumatına görə, bunu Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş idarəsinin rəis müavini, İqtisadi təhlil və proqnozlaşdırma idarəsinin rəisi Fərid Cəbrayıl deyib. O, qanun qarşısında hər kəsin bərabər olduğunu vurğulayıb:

"Qanun kimliyindən asılı olmayaraq, hamı üçün qanundur. Tanınmışlar isə qanuna əməl etməklə başqalarına da nümunə göstərməlidirlər. Ayda 300-400 manat maaş alan müəllim, tibb işçisi, fəhlə dövlətin vergisini qəpiyinə qədər ödədiyi halda, onlardan on dəfələrlə çox qazanc əldə edən bəzi şəxslər nəyə görə vergidən yayınmalıdırlar? Məgər onlar bilmirlər ki, büdcədən yayındırılan hər bir manat nəticə etibarilə ağır şəraitdə düşmənlə üzbəüz dayanıb torpaqlarımızı qoruyan hərbçilərdən, aztəminatlı insanlardan, sosial layihələrdən oğurlanan vəsaitdir?".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42586

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR